...

Estoniya parlamentinin vitse-spikeri: Azərbaycanla əməkdaşlıq üçün geniş potensial var (FOTO)

Siyasət Materials 23 Oktyabr 2018 18:16 (UTC +04:00)
Xarici işlər naziri Elmar Məmmədyarov ölkəmizdə rəsmi səfərdə olan Estoniya parlamentinin vitse-spikeri Kalle Laaneti qəbul edib.
Estoniya parlamentinin vitse-spikeri: Azərbaycanla əməkdaşlıq üçün geniş potensial var (FOTO)

Bakı. Trend:

Xarici işlər naziri Elmar Məmmədyarov ölkəmizdə rəsmi səfərdə olan Estoniya parlamentinin vitse-spikeri Kalle Laaneti qəbul edib.

Nazirlikdən Trend-ə verilən məlumata görə, E.Məmmədyarov Estoniya parlamentinin vitse-spikeri K.Laaneti salamlayaraq, Azərbaycanla Estoniya arasındakı münasibətlərin uğurla inkişaf etdiyini diqqətə çatdırıb.

Həmçinin nazir informasiya və kommunikasiya texnologiyaları və elektron hökumət sahəsində Azərbaycan və Estoniya arasında uğurlu əməkdaşlığın mövcud olduğunu qeyd edib.

Avropa İttifaqı - Azərbaycan arasında münasibətlərə toxunan E.Məmmədyarov, ölkəmizin Şərq Tərəfdaşlığı çərçivəsində iştirakı, Azərbaycan və Aİ arasında münasibətlərin hüquqi əsasını təşkil edəcək yeni, strateji əhəmiyyətli saziş üzrə aparılan danışıqlar barəsində qarşı tərəfə məlumat verib.

K.Laanet öz növbəsində səmimi qarşılanmaya görə dərin təşəkkürünü bildirərək, Estoniyanın Azərbaycanla əməkdaşlığa daima maraq göstərdiyini və iki ölkə arasında informasiya kommunikasiya texnologiyaları, o cümlədən nəqliyyat sahələrində əməkdaşlıq üçün geniş potensialın olduğunu qeyd edib.

Görüşdə iki ölkə arasında münasibətlərin hazırkı səviyyəsindən məmnunluq ifadə edilib, tərəflər arasında siyasi dialoqun davamlı şəkildə aparılmasının və yüksək səviyyəli mütəmadi qarşılıqlı səfərlərin və görüşlərin keçirilməsinin mühüm əhəmiyyət kəsb etdiyi vurğulanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti