...

Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun əməkdaşları Prezidentin fəxri diplomu ilə təltif edilib (YENİLƏNİB)

Siyasət Materials 5 Noyabr 2018 18:15 (UTC +04:00)
Prezident İlham Əliyev sərəncam imzalayıb.
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun əməkdaşları Prezidentin fəxri diplomu ilə təltif edilib (YENİLƏNİB)

Bakı. Trend:

Prezident İlham Əliyev Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun əməkdaşlarının “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd edilir ki, Azərbaycan Respublikasında ədəbiyyatşünaslıq sahəsində uzunmüddətli səmərəli fəaliyyətlərinə görə aşağıdakı şəxslər “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilsinlər:

Araslı Nüşabə Həmid qızı

Məmməd Tahirə Qəşəm qızı.

Dövlət başçısı Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun əməkdaşlarının “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd edilir ki, Azərbaycan Respublikasında ədəbiyyatşünaslıq sahəsində uzunmüddətli səmərəli fəaliyyətlərinə görə aşağıdakı şəxslər “Tərəqqi” medalı ilə təltif edilsinlər:

Alışanov Şirindil Həsən oğlu

Quliyeva Mahirə Həmid qızı

Yusifov Vaqif Əziz oğlu.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti