...

AMEA: Azərbaycan dili ilə bağlı fərmandan irəli gələn tədbirlər planının ilkin layihəsi təxminən 15 günə hazır olacaq

Siyasət Materials 7 Noyabr 2018 16:18 (UTC +04:00)
Milli terminologiyanın yaradılması Azərbaycan dilçiliyinin saflığının qorunması baxımından əhəmiyyətlidir.
AMEA: Azərbaycan dili ilə bağlı fərmandan irəli gələn tədbirlər planının ilkin layihəsi təxminən 15 günə hazır olacaq

Bakı. İlhamə İsabalayeva - Trend:

Milli terminologiyanın yaradılması Azərbaycan dilçiliyinin saflığının qorunması baxımından əhəmiyyətlidir.

Trend-in məlumatına görə, bunu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) vitse-prezidenti, akademik İsa Həbibbəyli deyib.

Akademik bildirib ki, bu il noyabrın 1-də Azərbaycan Prezident İlham Əliyevin imzaladığı “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” fərman alimlərin qarşısına çox mühüm vəzifələr qoyub: "Vacib məsələlərdən biri də milli terminologiyanın yaradılmasıdır".

İ.Həbibbəyli əlavə edib ki, yeni fərman dövlət dili siyasətinin yeni mərhələsidir.

Akademik onu da qeyd edib ki, fərmandan irəli gələrək AMEA tərəfindən tədbirlər planının ilkin layihəsi təxminən 15 günə hazır olacaq: "Bu layihə 1 ay müddətində Nazirlər Kabinetinə təqdim ediləcək".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti