...

Azərbaycan nümayəndə heyəti AŞ PA-ya gedir

Siyasət Materials 20 Noyabr 2018 17:12 (UTC +04:00)
Azərbaycan nümayəndə heyəti AŞ PA-ya gedir.
Azərbaycan nümayəndə heyəti AŞ PA-ya gedir

Bakı. Elçin Mehdiyev - Trend:

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasında (AŞ PA) Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov qurumun Büro və Daimi komitəsinin iclaslarında iştirak etmək üçün noyabrın 21-də Finlandiyanın paytaxtı Helsinki şəhərinə səfər edəcək.

Milli Məclisdən Trend-ə verilən məlumata görə, Büronun iclasında Gürcüstanda prezident seçkilərinin müşahidəsinin nəticələri, Moldovada və Ermənistanda keçiriləcək parlament seçkiləri, Assambleyaya daxil olma və davranış qaydaları barədə və s. məsələlərə baxılacaq.

Daimi komitənin yığıncağında “Bərabərlik və qeyri-diskriminasiya” mövzusunda fikir mübadiləsi aparılacaq, Avropa Şurası Nazirlər Komitəsinin, qurumun Sosial işlər, sağlamlıq və davamlı inkişaf, Miqrasiya, qaçqınlar və məcburi köçkünlər komitələrinin fəaliyyəti müzakirə olunacaq.

Səfər noyabrın 24-də başa çatacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti