...

Baş Qərargah rəisi: Regionda təhdid və problemləri aradan qaldırmaq üçün hər üç ölkə səylərini birləşdirməlidir

Siyasət Materials 21 Noyabr 2018 13:29 (UTC +04:00)
Regionda təhdidlər müşahidə olunmaqdadır.
Baş Qərargah rəisi: Regionda təhdid və problemləri aradan qaldırmaq üçün hər üç ölkə səylərini birləşdirməlidir

Bakı. Samir Əli - Trend:

Regionda təhdidlər müşahidə olunmaqdadır. Trend-in məlumatına görə, bunu bu gün Bakıda keçirilən Azərbaycan, Türkiyə və Gürcüstanın müdafiə rəsmilərinin üçtərəfli görüşündən sonra keçirilən mətbuat konfransında Gürcüstan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Vladimir Çaçibaia deyib.

O bildirib ki, təhdid və yaranan problemləri aradan qaldırmaq üçün hər üç ölkə səylərini birləşdirməlidir: "Bizim üçtərəfli əməkdaşlığımız çox vacibdir. Əməkdaşlığımız əsas etibarilə regiondakı sabitliyi özündə əks etdirir".

Gürcüstanlı rəsmi daha sonra əlavə edib: "Biz aktiv şəkildə müştərək təlimlərə qoşulacağıq. Bu təlimlər bizim hərbi qulluqçularımız arasında təcrübə mübadiləsi yönümündə xüsusi əhəmiyyətə malikdir. Eyni zamanda təhsil, idman sahəsində əməkdaşlıq edəcəyik. Regionda təhdidlərin artması müşahidə olunur. Birgə səylərimizi birləşdirərək bu problemləri aradan qaldırmağa nail ola bilərik".

V.Çaçibaia bildirib ki, Azərbaycan və Türkiyə hər zaman Gürcüstanın ərazi bütövlüyünü dəstəkləyib: "Biz hər zaman xatırlayırıq ki, böhran vəziyyətimizdə Azərbaycan və Türkiyə yanımızda olub".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti