Bakı. Trend:
Prezident İlham Əliyev Türkiyədə səmimi, işgüzar, uğurlu və Türkiyə dövlətinin dostu meyarlarına görə "İlin dövlət başçısı" seçilib.
Trend-in məlumatına görə, müvafiq seçim 16 bölgədə Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasına bağlı olan dərnəklər və 145 vətəndaş cəmiyyəti təşkilatı tərəfindən aparılıb.
"İlin dövlət başçısı" mükafatının Prezident İlham Əliyevə 2019-cu ilin yanvar ayında təqdim olunacağı bildirilir.