...

Azərbaycanda viza ilə bağlı qanunvericliyə dəyişiklik edilib

Siyasət Materials 29 Yanvar 2019 09:39 (UTC +04:00)
Azərbaycanda viza ilə bağlı qanunvericliyə yeni dəyişiklik edilib.
Azərbaycanda viza ilə bağlı qanunvericliyə dəyişiklik edilib

Bakı. İlhamə İsabalayeva – Trend:

Azərbaycanda viza ilə bağlı qanunvericliyə yeni dəyişiklik edilib.

Trend-in məlumatına görə, bununla bağlı Nazirlər Kabineti 2 nömrəli əlavə - “Viza almaq üçün ərizə-anket”in 38-ci bəndinə əlavələr edilib.

Həmin əlavəyə əsasən, Azərbaycan Respublikasında 15 gündən artıq müvəqqəti olan əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər olduğu yer üzrə qeydiyyata alınmalıdırlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti