...

Qaraçay-Çərkəz Respublikasının rəhbəri ümummilli lider Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib (FOTO)

Siyasət Materials 1 Fevral 2019 12:30 (UTC +04:00)
Qaraçay-Çərkəz Respublikasının rəhbəri ümummilli lider Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib.
Qaraçay-Çərkəz Respublikasının rəhbəri ümummilli lider Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib (FOTO)

Bakı. Trend:

Rusiya Federasiyasının Qaraçay-Çərkəz Respublikasının rəhbəri Raşid Temrezovun başçılıq etdiyi nümayəndə heyəti fevralın 1-də Fəxri xiyabanda xalqımızın ümummilli lideri, müasir müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin xatirəsini yad edib, məzarı önünə əklil qoyub.

Sonra Şəhidlər xiyabanına gedən qonaqlar ölkəmizin azadlığı və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini yad ediblər. Qaraçay-Çərkəz Respublikasının rəhbəri “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub.

Bakının ən hündür nöqtəsindən Azərbaycan paytaxtının mənzərəsini seyr edən nümayəndə heyətinin üzvlərinə Şəhidlər xiyabanının tarixi və paytaxtımızda aparılan abadlıq-quruculuq işləri barədə məlumat verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti