...

Birinci vitse-prezident Mehriban Əliyeva Gəncəyə səfəri zamanı ona göstərilən qonaqpərvərliyə görə gəncəlilərə təşəkkürünü bildirib

Siyasət Materials 14 Fevral 2019 23:10 (UTC +04:00)
Birinci vitse-prezident Mehriban Əliyeva Gəncəyə səfəri zamanı ona göstərilən qonaqpərvərliyə görə gəncəlilərə təşəkkürünü bildirib.
Birinci vitse-prezident Mehriban Əliyeva Gəncəyə səfəri zamanı ona göstərilən qonaqpərvərliyə görə gəncəlilərə təşəkkürünü bildirib

Bakı. Trend:

Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva fevralın 14-də Gəncəyə səfəri zamanı “İmamzadə” dini kompleksində, Nizami Aydın adına 18 nömrəli tam orta məktəbində, uşaq evində, Mir Cəlal Paşayevin ev-muzeyində, 32 nömrəli körpələr evi-uşaq bağçasında və Gəncənin görməli yerlərindən biri olan “Xan bağı” mədəniyyət və istirahət parkında sakinlərlə görüşü zamanı ona göstərilən qonaqpərvərlik və səmimiyyətə görə gəncəlilərə təşəkkürünü bildirib.

Trend-in məlumatına görə, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın səfər barədə fikirləri rəsmi “Instagram” səhifəsində açıqlanıb.

“Gözəl qədim Gəncə şəhərindən unudulmaz təəssuratlarla ayrıldım! Azərbaycan milli koloritini bu qədər aydın ifadə edən şəhər! Təkrarsız ab-havası olan şəhər! Gəncənin qonaqpərvər, mehriban, zəhmətkeş və məğrur sakinləri! Səmimiyyət və istiqanlılığınıza, xoş arzularınıza, təbəssümünüzə görə sizə minnətdarlığımı bildirirəm! Allah hər zaman sizi qorusun!”

https://www.instagram.com/p/Bt3sDXTA1A-/?utm_source=ig_share_sheet&igshid=uts69qrir26r

Məqalədə:
Xəbər lenti

Xəbər lenti