...

Gürcüstan Prezidenti ulu öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib (FOTO)

Siyasət Materials 27 Fevral 2019 15:55 (UTC +04:00)
Gürcüstan Prezidenti ulu öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib.
Gürcüstan Prezidenti ulu öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib (FOTO)

Bakı. Trend:

Azərbaycanda rəsmi səfərdə olan Gürcüstan Prezidenti xanım Salome Zurabişvili fevralın 27-də Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyub.

Gürcüstan dövlətinin başçısı görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsini anıb, məzarı üzərinə tər güllər düzüb.

S.Zurabişvili Şəhidlər xiyabanını da ziyarət edib.

Burada ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Gürcüstan Prezidenti Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini yad etdi, “Əbədi məşəl” abidəsinin önünə əklil qoydu.

Müdafiə Nazirliyinin əlahiddə nümunəvi orkestrinin ifasında Gürcüstanın və Azərbaycanın dövlət himnləri səsləndi.

Azərbaycan paytaxtının mənzərəsini maraqla seyr edən Gürcüstan Prezidentinə Şəhidlər xiyabanının tarixi və Bakıda görülən abadlıq-quruculuq işləri barədə məlumat verildi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti