...

Prezident İlham Əliyev Belarusla imzalanmış bir sıra sənədləri təsdiq edib

Siyasət Materials 1 Mart 2019 17:54 (UTC +04:00)
Prezident İlham Əliyev Belarusla imzalanmış bir sıra sənədləri təsdiq edib.
Prezident İlham Əliyev Belarusla imzalanmış bir sıra sənədləri təsdiq edib

Bakı. Trend:

Prezident İlham Əliyev Azərbaycanın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Belarusun Əmək və Sosial Müdafiə Nazirliyi arasında əmək, məşğulluq və sosial müdafiə sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumunun təsdiq edilməsi barədə fərman imzalayıb.

Anlaşma Memorandumu qüvvəyə mindikdən sonra Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi onun müddəalarının həyata keçirilməsini təmin edəcək.

Dövlət başçısının təsdiq etdiyi sənədlər arasında 2018-ci il noyabrın 19-da Minsk şəhərində imzalanmış Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi ilə Belarus Respublikasının Kənd Təsərrüfatı və Ərzaq Nazirliyi arasında kənd təsərrüfatı sahəsində əməkdaşlıq haqqında Saziş, Azərbaycan Respublikası Hökuməti ilə Belarus Respublikası Hökuməti arasında miqrasiya sahəsində əməkdaşlıq haqqında Saziş və Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi ilə Belarus Respublikasının Məhkəmə Ekspertizaları Dövlət Komitəsi arasında məhkəmə ekspertizası fəaliyyəti sahəsində əməkdaşlıq haqqında Saziş də var.

Xarici İşlər Nazirliyinə bu sənədlərin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Belarus hökumətinə bildiriş göndərmək tapşırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti