...

Azərbaycan Qlobal kibertəhlükəsizlik reytinqində MDB ölkələri arasında 4-cü yerdə qərarlaşıb

Siyasət Materials 4 Aprel 2019 14:14 (UTC +04:00)
Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqının tərtib etdiyi "Qlobal kibertəhlükəsizlik indeksi 2018" reytinqində 55-ci yerdə qərarlaşıb
Azərbaycan Qlobal kibertəhlükəsizlik reytinqində MDB ölkələri arasında 4-cü yerdə qərarlaşıb

Bakı. Əli Qasımov - Trend:

Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqının tərtib etdiyi "Qlobal kibertəhlükəsizlik indeksi 2018" reytinqində 55-ci yerdə qərarlaşıb.

Trend-in məlumatına görə, Azərbaycan 0.653 xal toplayıb.

Azərbaycan MDB ölkələri arasında Belarus, Ermənistan, Tacikistan, Qırğızıstan və Türkmənistanı qabaqlayaraq 4-cü olub.

Dünya ölkələri arasında Azərbaycan Serbiya, Yunanıstan, İran, İslandiya kimi ölkələri qabaqlayıb.

Reytinqdə ilk üçlükdə isə Böyük Britaniya, ABŞ və Fransa qərarlaşıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti