Leyla Abdullayeva: Azərbaycan Gürcüstanla dövlət sərhədinin demarkasiyasına dair müzakirələrin davam etdirilməsi məsələsində hər hansı bir maneə görmür (MÜSAHİBƏ)

Leyla Abdullayeva: Azərbaycan Gürcüstanla dövlət sərhədinin demarkasiyasına dair müzakirələrin davam etdirilməsi məsələsində hər hansı bir maneə görmür (MÜSAHİBƏ)

Bakı. Ləman Zeynalova - Trend:

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin mətbuat katibi Leyla Abdullayevanın Trend-ə müsahibəsi

-Bu həftə ölkəmizlə Gürcüstan XİN-ləri arasında növbəti ikitərəfli siyasi məsləhətləşmələr keçirildi. Bu barədə nə deyə bilərsiniz?

-Bəli, 17 aprel tarixində Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini Ramiz Həsənov və Gürcüstan xarici işlər nazirinin müavini Laşa Darsaliyanın rəhbərlik etdiyi nümayəndə heyətləri arasında Bakıda siyasi məsləhətləşmələrin növbəti raundu baş tutdu. Görüşdə iki qonşu və strateji tərəfdaş olan Azərbaycan və Gürcüstanın qarşılıqlı faydalı münasibətlərinin bir sıra aspektləri üzrə faydalı fikir mübadiləsi aparıldı.

Burada, ölkələrimizin iştirakı ilə həyata keçirilən və bölgəmizdə iqtisadi inkişafın əsasını təmin edən, eləcə də təhlükəsizlik və sabitliyin bərqərar olmasına xidmət edən enerji, nəqliyyat və digər regional layihələr müzakirə edildi. Belə ki, Bakı-Tbilisi-Ərzurum qaz kəməri, bu marşrut üzrə uğurla icra edilən və Azərbaycan qazını Avropa məkanına daşıyacaq, yeni reallıqda "oyun dəyişdirən" (game-changer) layihə kimi tanınan Cənubi Qaz Dəhlizi, o cümlədən, bu dəhlizin əsas hissəsini təşkil edən TANAP və TAP xəttləri ilə qazın nəqli məsələləri, eləcə də Bakı-Tbilisi-Qars dəmiryolu xətti, qitələri birləşdirən yeni Şərq-Qərb və Cənubi-Qərb nəqliyyat dəhlizi ətrafında fikir mübadiləsi aparıldı.

Bölgədə təhlükəsizliyə və dayanıqlı inkişafa başlıca təhdid olan, ölkələrimiz ərazisindəki həlli uzadılmış münaqişələr və onların həlli prosesinin hazırkı mərhələsi barədə müzakirələr aparıldı. Həmçinin, iki ölkə arasında iqtisadi, turizm, mədəniyyət, humanitar sahələrdə əməkdaşlığın daha da irəli aparılması, üçtərəfli və çoxtərəfli platformalarında əməkdaşlığın davam etdirilməsi kimi məsələlər ətrafında geniş fikir mübadiləsi baş tutdu.

-Bu gün Azərbaycanla Gürcüstan arasında strateji tərəfdaşlıq münasibətləri mövcuddur. Qeyd etdiyiniz kimi, bir çox sahələrdə yüksək səviyyədə əməkdaşlıq aparılır və XİN-lərarası siyasi məsləhətləşmələr mövcud əməkdaşlığı irəli aparmaq baxımından faydalı fikir mübadiləsini təşkil edir. Bu xüsusda məsləhətləşmələrdə hansı konkret təklif və təşəbbüslər irəli sürüldü?

-Bilirsiniz, XİN-lərarası siyasi məsləhətləşmələr iki ölkə arasında mövcud əməkdaşlıq münasibətləri gündəliyinin müvafiq məsələlərini müzakirə etmək, münasibətlərin daha da inkişaf etdirilməsi yollarını nəzərdən keçirmək, eləcə də hələ ki, öz həllini tapmamış məsələlərə dair fikir mübadiləsi aparmaq, mümkün həll yollarını müzakirə etmək üçün çox faydalı platformadır. Bu, münasibətlərin daima inkişafda olmasını təmin etmək üçün effektiv alətdir.

Bu gün Azərbaycanla Gürcüstan arasında qarşılıqlı faydalı strateji tərəfdaşlıq mövcuddur. Bu xüsusda, əlbəttə, iki ölkə arasında dövlət və hökumət başçıları səviyyəsində daimi əsasda davam etdirilən siyasi dialoqun müstəsna rolu var. Məlumat üçün bildirim ki, bu günədək iki ölkə arasında 109 sənəd imzalanıb və bir sıra saziş mətnləri hazırda baxılmaqdadır və bu, əməkdaşlığın davamlı şəkildə inkişaf etdirilməsindən xəbər verir.

Konkret nəticələrə gəldikdə bildirmək istərdim ki, məsləhətləşmələr zamanı Azərbaycan və Gürcüstan arasında iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın fəaliyyəti və biznes forumlarının təşkilinin ikitərəfli əməkdaşlığın zəngin potensialından səmərəli şəkildə faydalanmağa əlavə təkan verəcəyi qeyd edilib və bu xüsusda təkliflər irəli sürülüb. Eyni zamanda, hər iki ölkənin inkişafında vacib yer tutan turizm sektorunun təşviqi baxımından birgə təklifləri ehtiva edən konkret layihələr üzərində əməli işlərin uğurla tamamlanması vurğulanıb. Həmçinin, cari ilin iyun ayında Batumidə təşkil ediləcək və humanitar sahədə əməkdaşlığa yeni təkan verəcək "Azərbaycan mədəniyyət günləri"nə dair fikir mübadiləsi aparılıb.

Eyni zamanda vurğulamaq istərdim ki, hər iki ölkə bütün beynəlxalq platformalarda dövlətlərin suverenliyi və beynəlxalq tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyünə dəstək mövqeyindən çıxış edir və aqressiv separatçılığa qarşı mübarizə məsələsində də eyni mövqe sərgiləyirlər.

-Leyla xanım, iki ölkə arasında açıq qalan məsələlərdən biri də dövlət sərhədlərin delimitasiyası məsələsidir. Bununla bağlı məsləhətləşmələr zamanı müzakirələr aparıldımı?

-Bəli, nazir müavini Ramiz Həsənov gürcü həmkarı ilə birgə ölkələrimizin arasında dövlət sərhədinin delimitasiyası prosesinin irəli aparılması məsələsini də müzakirə etdilər. Bildiyiniz kimi, iki ölkə arasında sərhəd delimitasiyası məsələsi müvafiq dövlət komissiyası, eləcə də ekspertlər səviyyəsində müzakirə edilir. Ümumiyyətlə qeyd etmək istərdim ki, Azərbaycan-Gürcüstan dövlət sərhədinin delimitasiyası prosesi, tərəflərin hər iki ölkəni qane edəcək nəticələrin əldə edilməsinə hədəflənən xoş niyyətinə uyğun olaraq davam etdirilir. Bu xüsusda, Azərbaycan tərəfindən müvafiq müzakirlərin davam etdirilməsi məsələsində hər hansı bir maneə görülmür və biz müzakirələrə hazırıq.

-Çoxtərəfli formatlarda əmkdaşlığımız barəsində nə deyə bilərsiniz?

-Ölkələrimiz arasında beynəlxalq təşkilatlar çərçivəsində, eləcə də üçtərəfli formatlarda əməkdaşlıq mövcuddur. Məlum olduğu kimi, ikitərəfli əlaqələrimizi tamamlayaraq onun keyfiyyətcə yeni müstəvidə inkişafına şərait yaradan Azərbaycan-Gürcüstan-Türkiyə üçtərəfli əməkdaşlıq formatı fəaliyyət göstərir. Bu formatda sonuncu 7-ci görüş ötən ilin oktyabr ayında Türkiyədə baş tutdu.

Azərbaycan və Gürcüstan, həmçinin BMT və digər müxtəlif beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq edir. Sonuncu məsləhətləşmələrdə biz, o cümlədən beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstək göstərilməsi perspektivləri məsələsi də müzakirə edildi və bu istiqamətdə birgə səylərin davam etdirilməsinə dair razılıq əldə edildi.

Bakı Limanı üfüqi yonma və tornaçı vintaçan dəzgahlarının satınalması üzrə  açıq müsabiqə elan edir
Bakı Limanı üfüqi yonma və tornaçı vintaçan dəzgahlarının satınalması üzrə açıq müsabiqə elan edir
Dəniz Limanı xəbərdaredici nişanların satınalması üzrə açıq müsabiqə elan edir
Dəniz Limanı xəbərdaredici nişanların satınalması üzrə açıq müsabiqə elan edir
Dəniz Limanı dəmir yollarının təmiri üçün avadanlıqların satınalması üzrə açıq müsabiqə elan edir
Dəniz Limanı dəmir yollarının təmiri üçün avadanlıqların satınalması üzrə açıq müsabiqə elan edir
Loading Bars
Xəbər lenti
Memarlıq və İnşaat Universitetində Xocalı soyqırımı ilə bağlı anım tədbiri keçirilib (FOTO)
MSK daha 9 məntəqədə seçkilərin nəticələrini ləğv edib
Fevralın 26-na manatın məzənnəsi
MSK daha bir məntəqədə seçkilərin nəticələrini ləğv edib
Si Cinpin Prezident İlham Əliyevə təşəkkür edib
Bakıda ağac kəsən şirkət cəzalandırıldı
MSK 85 saylı Şamaxı Seçki Dairəsi ilə bağlı şikayəti əsassız saydı
Ekspert Azərbaycanda tibbi maskaların bahalaşmasından danışdı
Binəqədidə mənzildən qadın meyiti tapılıb
Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının VIII iclası keçirilib
MSK parlament seçkilərinə yekun vurulması məsələsinə baxır
Prezident İlham Əliyev “Qeyri-formal məşğulluğa nəzarət”lə bağlı fərman imzalayıb
İranın cənubunda zəlzələ oldu
Astaranın baş həkimi BU SƏBƏBƏ görə işdən çıxarılıb
Ali məhkəmənin altı hakimi donuz qripinə yoluxdu - Hindistanda
Aİİ-nin Tələbə Gənclər Təşkilatının üzvləri “Ana harayı” memorial kompleksini ziyarət ediblər (FOTO)
Türkiyə parlamenti Xocalı faciəsinə zəruri qiymət verməyə çağırıb
AZAL xidmət sahəsində yeni texnologiyaya keçib (FOTO)
İranın səhiyyə nazirinin müavini koronavirusa yoluxdu
Assosiasiya rəhbəri: Ərdoğanın Azərbaycana səfəri strateji baxımdan çox vacibdir
Hindistan 2024-cü ilədək ümumdaxili məhsul istehsalının həcmini 5 trilyon dollara çatdırmağı planlaşdırır
Gəncədə qadının bahalı boyunbağısını oğurlayan şəxslər saxlanılıb (FOTO)
Türkiyə İrandan vətəndaşlarının təxliyəsinə başladı
Dövlət Gömrük Komitəsinin sədri və müavini vətəndaşları qəbul edəcəklər
Sahil Babayev İctimai şuranın üzvləri ilə görüşüb (FOTO)
Global Energy Solutions şirkəti BP-dən təhlükəsizlik sahəsindəki nailiyyətlərə görə mükafat almışdır (FOTO)
Hüsnü Mübarək vəfat etdi
Nutrisioloq - diyetoloq kimdir?
PAŞA Bank əməkhaqqı kart sahiblərinə xüsüsi təklif
Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə təkbətək görüşü olub (FOTO) (YENİLƏNİB)
BSU-da Xocalı soyqırımına həsr olunmuş geniş tədbir keçirilib (FOTO)
Biləsuvar sakini narkotik vasitələri satarkən saxlanıldı
Xocalı soyqırımının dünyada tanınması üçün bütün tədbirlər görüləcək - Tural Gəncəliyev
Xəzərdə dalğanın hündürlüyü 2,8 metrə çatıb - FAKTİKİ HAVA
Daha 4 nəfər koronavirus şübhəsi ilə Kliniki Tibbi Mərkəzə yerləşdirildi
Türk Şurası Xocalı soyqırımı qurbanlarının xatirəsini anıb
Güclü külək Gəncədə bəzi fəsadlar törətdi (FOTO)
Tural Gəncəliyev: Xocalı faciəsini törədənlərin beynəlxlaq məhkəməyə cəlb olunmaları üçün əlimizdən gələni edəcəyik
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın rəsmi qarşılanma mərasimi olub (FOTO)
Ağsuda idarə rəisi işdən çıxarıldı - SƏBƏBİ açıqlandı
Xocalı soyqırımının 28-ci ildönümü ilə bağlı Misirdə silsilə tədbirlər keçirilib
Azərbaycanla İranla sərhədə mobil səyyar hospital göndərdi (FOTO)
İranda 95 nəfər yeni koronavirusa yoluxub - RƏSMİ
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfərə gəlib (FOTO)
AzTV Novruz bayramı üçün telelayihə hazırlayır (VİDEO)
Gimnastımız Rumıniyada 3 qızıl medal qazanıb
Hərbi prokuror: Xocalı soyqırımı ilə bağlı 4500 nəfərdən çox şəxs dindirilib
Masallıda iki tarixi obyektin bərpası üçün müraciət ünvanlandı
Rabitəbankdan “Made in Azerbaijan” brendinə dəstək! (FOTO)
Beynəlxalq Muğam Mərkəzində şair Məmməd İlqarın yubileyi qeyd edildi (FOTO)
"Atəşgah" Sığorta Şirkətində təhlükəli tullantılar toplandı
Azərbaycanda qızıl və gümüş ucuzlaşdı
Su Çərşənbəsi münasibəti ilə bu həftə ərzində əməkhaqqı layihəsinə qoşulanlara 20% endirim (VİDEO)
Əli Əhmədov: Xocalı faciəsi insanlığa qarşı törədilmiş ən böyük cinayətlərdən biridir (FOTO)
Sabahın hava proqnozu açıqlandı
XİN: Azərbaycan əsgərinin qətlə yetirilməsinin məsuliyyəti Ermənistan tərəfinin üzərindədir
Bakıda polis əməkdaşının qətli ilə bağlı RƏSMİ məlumat
Azərbaycanda turizm bələdçiləri üçün sertifikatın alınması məcburi olacaq
Mağazalardan dəfələrlə oğurluqlar edən şəxs saxlanıldı
“Azərişıq” ASC gücləndirilmiş rejimə keçdi
İranda yeni koronavirusdan ölənlərin sayı 16-ya çatıb
Naxçıvan Ali Məclisinə yeni komitə sədrləri və üzvləri seçildi - SİYAHI
Hindistanda vətəndaşlıq haqqında qanuna etirazlarda 7 nəfər ölüb
İlahiyyat İnstitutunun heyəti Xocalı soyqırımının 28-ci ildönümü ilə bağlı tədbirdə iştirak edib (FOTO)
"Yelo Bank" yeni konseptdə daha bir filialın açılması üçün tender keçirir
Pərvin Kərimzadə: İtaliya səfəri ölkələrimiz arasında əlaqələrin daha da genişlənməsinə töhfə verəcək
Bank Respublika əmanətlər üzrə +1% BONUS təklif edir
Bakı-Sumqayıt yolunda gərgin anlar yaşandı - Maşın havada qaldı (FOTO)
UNEC-də Xocalı soyqırımının 28-ci ildönümü qeyd olunub (FOTO)
Azərbaycan və Türkiyə arasında gömrük prosedurlarının tezləşdirilməsi nəzərdə tutulur (ÖZƏL)
“Xocalı - şəhid şəhər” adlı respublika uşaq rəsm müsabiqəsinin yekun sərgisi keçirilib (FOTO)
AZƏRTAC-100: Bir əsrlik yola beş fərqli zaman nöqtəsindən baxış (FOTO)
Koronavirusla əlaqədar Xəzər Dəniz Gəmiçiliyinin gəmilərində dezinfeksiya işləri aparılıb (FOTO)
Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinə təyinatla əlaqədar müsabiqə elan edilir
Azərbaycan Universitetində “Xocalı – zülmət bir gecə” filminin təqdimatı olub (FOTO)
İranda məktəb və universitetlər bağlanır - Komitə qərar verdi
Səhiyyə Nazirliyi: Azərbaycanda epidemiyadan qorunmaq üçün kifayət qədər tibbi ləvazimat var
Bakıda 7 marşrut xəttinin hərəkət istiqaməti dəyişdiriləcək
Azərbaycanın şəhid əsgəri dəfn olunub (FOTO/VİDEO) (ƏLAVƏ OLUNUB)
Sahibkarlar arasında “Zavod” biznes-oyunu təşkil edilib (FOTO)
Biləsuvarda avtomobillərdən oğurluq edən şəxslər saxlanılıb
Ərdoğan: Türkiyə ilə Azərbaycan arasında qarşılıqlı səfərlər strateji tərəfdaşlığın səviyyəsini nümayiş etdirir
Xocalı soyqırımı qurbanları Krasnoyarskda anılıb
Azərbaycan nefti ucuzlaşır
Bakıda dəhşət: Fəhlə "KamAz"ın altında qalıb öldü
20 yanvar faciəsinin təqsirkarlarından biri öldü
ABŞ Dövlət katibinin köməkçisinin müavini Azərbaycana gəlir
Gənc PR mütəxəssisləri üçün uzunmüddətli təlim proqramı təşkil olunub (FOTO)
Türkiyədə Xocalı soyqırımı qurbanlarının xatirəsi anılacaq
Mərkəzi Bankla İtaliya Milli Mikrokredit Agentliyi arasında Memorandum imzalanıb
Türkiyə və Azərbaycanın səhiyyə nazirləri koronavirusa qarşı tədbirləri müzakirə edib
Vüqar Bayramov: İtaliya növbəti dövrlərdə də Azərbaycan üçün əsas ticarət tərəfdaşı olaraq qalacaq (VİDEO)
Türkiyə Azərbaycanla sazişi ratifikasiya edib
Bakıda bəzi ərazilərdə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
Kiyev şəhərində Xocalı soyqırımına dair bilbordlar yerləşdirilib (FOTO)
Bakı Ali Neft Məktəbi koronavirus əleyhinə dezinfeksiya edildi (FOTO)
İki evdən oğurluq edən şəxs saxlanıldı
Karateçilərimiz Karate1 Premyer Liqa turnirində mübarizə aparacaqlar
Xırdalanın elektrik təchizatında fasilələr yaranacaq
Bakı polisi bir gündə axtarışda olan 12 nəfəri saxladı
Bütün xəbərlər