...

Hikmət Hacıyev: Azərbaycanla Çin arasında əməkdaşlıq hərtərəfli inkişaf edir

Siyasət Materials 29 Aprel 2019 18:42 (UTC +04:00)
Azərbaycanla Çin arasında əməkdaşlıq hərtərəfli inkişaf edir
Hikmət Hacıyev: Azərbaycanla Çin arasında əməkdaşlıq hərtərəfli inkişaf edir

Bakı. Ləman Zeynalova - Trend:

Azərbaycanla Çin arasında əməkdaşlıq hərtərəfli inkişaf edir.

Trend-in məlumatına görə, bunu jurnalistlərə Azərbaycan Prezidenti Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

H.Hacıyev xatırladıb ki, dövlətimizin başçısı Çində “Bir kəmər, bir yol” ikinci əməkdaşlıq forumuna dəvət olunmuşdu:

“Bu səfər çərçivəsində dövlət başçımız Çin Xalq Respublikasının rəhbəri ilə geniş müzakirələr aparıb. Azərbaycanla Çin arasındakı ikitərəfli siyasi münasibətlər yüksək səviyyədədir. Ticari-iqtisadi əlaqələr də inkişaf etməkdədir. Bu əlaqələrin daha da inkişaf etməsi üçün birgə səylər göstərilir. Humanitar, mədəni və digər sahələrdə əməkdaşlıq üçün çox böyük perspektivlər var”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti