...

Prezident İlham Əliyev: Bizim fəaliyyətimiz nəticəsində Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqlar formatının dəyişdirilməsi ilə bağlı cəhdlərin qarşısı alınıb

Siyasət Materials 30 Aprel 2019 22:46 (UTC +04:00)
Bizim fəaliyyətimiz nəticəsində Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqlar formatının dəyişdirilməsi ilə bağlı cəhdlərin qarşısı alınıb.
Prezident İlham Əliyev: Bizim fəaliyyətimiz nəticəsində Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqlar formatının dəyişdirilməsi ilə bağlı cəhdlərin qarşısı alınıb

Bakı. Trend:

Bizim fəaliyyətimiz nəticəsində Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqlar formatının dəyişdirilməsi ilə bağlı cəhdlərin qarşısı alınıb.

Trend-in məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2019-cu ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında giriş nitqində deyib.

Dövlətimizin başçısı vurğulayıb ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllinə, bizim mövqeyimizdə heç bir dəyişiklik yoxdur:

"Prinsipial mövqeyimiz ondan ibarətdir ki, bu məsələ ölkəmizin ərazi bütövlüyü çərçivəsində, beynəlxalq təşkilatların qəbul etdikləri qərar və qətnamələr əsasında, Helsinki Yekun Aktına, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun həll olunmalıdır. Başqa yanaşma yoxdur".

İlham Əliyev əlavə edib ki, Azərbaycanın ərazi bütövlüyü heç vaxt danışıqlar mövzusu olmayıb və olmayacaq:

"Onu da bildirməliyəm ki, danışıqlar formatı dəyişməz olaraq qalır. Baxmayaraq ki, bəzi cəhdlər olub, ancaq bizim fəaliyyətimiz nəticəsində bu cəhdlərin qarşısı alınıb. Həmçinin Minsk qrupunun həmsədrləri tərəfindən martın 9-da verilmiş açıqlama ünvanlıdır, birmənalıdır və bir daha onu göstərir ki, münaqişənin iki tərəfi var. Ona görə hesab edirəm ki, bu mövzu artıq öz həllini tapıb. Biz bundan sonra da öz prinsipial mövqeyimizdə qalacağıq, ölkəmizi, ordumuzu gücləndirəcəyik. Bu ilin əvvəlindən bu istiqamətdə də böyük işlər görülüb və görüləcək".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti