...

Prezident İlham Əliyev: İstehlak qiymətlərinə daim nəzarət olmalıdır, süni qiymət artımına qətiyyən yol verilməməlidir

Siyasət Materials 30 Aprel 2019 23:48 (UTC +04:00)
İstehlak qiymətlərinə daim nəzarət olmalıdır, süni qiymət artımına qətiyyən yol verilməməlidir.
Prezident İlham Əliyev: İstehlak qiymətlərinə daim nəzarət olmalıdır, süni qiymət artımına qətiyyən yol verilməməlidir

Bakı. Trend:

İstehlak qiymətlərinə daim nəzarət olmalıdır, süni qiymət artımına qətiyyən yol verilməməlidir.

Trend-in məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2019-cu ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında yekun nitqində deyib.

Prezident bildirib ki, ölkəmizdə makroiqtisadi vəziyyət sabitdir: “Mən qeyd etdim, inflyasiya aşağı səviyyədədir – 2 faizdən bir qədər çoxdur. Manatın məzənnəsi sabitdir. Belə olan halda, əlbəttə ki, süni qiymət artımına yol vermək qətiyyən olmaz. Bəzi hallarda bəzi məhsulların qiymətlərində artım olur. Bunun heç bir əsası yoxdur. Bəzi hallarda mövsümi xarakter daşıyır. Amma bəzi hallarda qiymətlər süni şəkildə artırılır".

İlham Əliyev qeyd edib ki, indi ölkə iqtisadiyyatında canlanma var. İnsanların alıcılıq qabiliyyəti artır: "Biz bunu indi statistik göstəricilərdən görürük. İndi istehlak bazarına nəzarət edən qurumlar bunu görür. Maaşlar, müavinətlər artır, problemli kreditlərlə bağlı ödənişlər başlamışdır. Ancaq biz imkan verə bilmərik ki, bundan hansısa natəmiz adamlar, möhtəkirlər istifadə etsinlər, qiymətləri süni şəkildə qaldırsınlar, yaxud da ki, hansısa bir inhisarçılıqla məşğul olsunlar. Ona görə istehlak qiymətlərinə daim nəzarət olmalıdır. Süni qiymət artımına qətiyyən yol verilməməlidir. Müvafiq qurumlar bu işlərlə çox ciddi məşğul olmalıdırlar".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti