...

Heydər Əliyev müstəqil dövlət qurmaq kimi mürəkkəb və şərəfli missiyanı yerinə yetirə bilən yeganə əfsanəvi şəxsiyyət olmuşdur - “El Peruano” qəzeti

Siyasət Materials 11 May 2019 10:11 (UTC +04:00)
Perunun rəsmi “El Peruano” qəzetində Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş məqalə dərc edilmişdir.
Heydər Əliyev müstəqil dövlət qurmaq kimi mürəkkəb və şərəfli missiyanı yerinə yetirə bilən yeganə əfsanəvi şəxsiyyət olmuşdur - “El Peruano” qəzeti

Bakı. Trend:

Perunun rəsmi “El Peruano” qəzetində Azərbaycan Respublikasının tarixində müstəsna xidmətləri olmuş və bu dövlətin qurulmasında əsas rol oynamış ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş məqalə dərc edilmişdir.

Trend-in məlumatına görə, məqalədə qeyd edilir ki, Heydər Əliyev təkrarsız bir lider, güclü dövlət başçısı, fədakar insan, müstəqil dövlət qurmaq kimi mürəkkəb və şərəfli missiyanı yerinə yetirə bilən yeganə əfsanəvi bir şəxsiyyət olmuşdur.

Qeyd edilir ki, Heydər Əliyev müasir Azərbaycan tarixini yaratmış liderdir. Tarix onu güclü dövlət başçısı, dövlət quruculuğu yolunda öz üzərinə ən ağır tarixi məsuliyyəti götürmüş fədakar və unikal şəxsiyyət kimi xatırlayır.

Bildirilir ki, məhz Heydər Əliyev müasir Azərbaycan dövlətinin tarixinin ən dramatik dövründə ölkəyə rəhbərlik etmiş, onun nailiyyətlərinin və tərəqqisinin əsasını qoymuşdur. Öz sarsılmaz əqidəsi və tarixi müdrikliyi sayəsində Heydər Əliyev Azərbaycan xalqının müstəqillik arzusunu həyata keçirməyə nail olmuşdur. Onun çoxtərəfli siyasəti dövlət strategiyasına çevrilmiş və dünyanın bir çox ölkələri ilə konstruktiv əlaqələr qurulmuşdur.

Məqalədə göstərilir ki, siyasi sabitliyə nail olmaqla yanaşı, Heydər Əliyev ölkənin iqtisadi müstəqilliyinin təməlini qoymuşdur. O, istehsalın bərpası, maliyyə vəziyyətinin yaxşılaşdırılması və xarici investisiyaların cəlb edilməsi üçün anti-böhran proqramı hazırlayıb və həyata keçirmişdir. 1994-cü ildə Bakıda dünyanın neft şirkətləri ilə imzalanmış "Əsrin müqaviləsi" daxili mühitin sabitliyi və xarici siyasətin uğurlu olması üçün mühüm rol oynamışdır.

Sonda qeyd edilir ki, müasir Azərbaycanın tarixi əbədi olaraq Heydər Əliyevin adı ilə bağlıdır. Bu gün Azərbaycan xalqı böyük bir liderin xatirəsini hörmətlə yad edir. Bütün həyatını Vətənə həsr edən Heydər Əliyev həmişə xalqına şərəf və ləyaqətlə xidmət etmişdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti