...

YAP və ETSN-in təşkilatçılığı ilə Heydər Əliyevin 96-cı ildönümünə həsr olunan ağacəkmə aksiyası keçirilib (FOTO)

Siyasət Materials 11 May 2019 11:36 (UTC +04:00)
Bu gün Yeni Azərbaycan Partiyası (YAP) və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) təşkilatçılığı ilə Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunan ağacəkmə aksiyası keçirilib.
YAP və ETSN-in təşkilatçılığı ilə Heydər Əliyevin 96-cı ildönümünə həsr olunan ağacəkmə aksiyası keçirilib (FOTO)

Bakı. İlhamə İsabalayeva - Trend:

Bu gün Yeni Azərbaycan Partiyası (YAP) və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunan ağacəkmə aksiyası keçirilib.

Trend-in məlumatına görə, aksiya Bakının Suraxanı rayonunun Zığ dairəsi - Heydər Əliyev adına Beynəlxalq Hava Limanı avtomobil yolunun kənarında keçirilib.

Aksiyada Baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının Sədr müavini - İcra katibi Əli Əhmədov, Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev, Milli Məclis sədrinin müavini Bahar Muradova, partiya üzvləri və fəalları, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Ə.Əhmədov jurnalistlərə açıqlamasında deyib ki, aksiyanın keçirilməsi ilə ulu öndərin xatirəsi yad edilir: "Digər tərəfdən, Bakının ekoloji mühitinin yaxşılaşdırılmasına öz töhfəmizi veririk. Vaxtilə açıq sahə olan bu ərazinin yaşıl zonaya çevrilməsinə dəstək göstəririk".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti