İsrailin İ24 xəbər telekanalı: Dağlıq Qarabağ Azərbaycan Respublikasının beynəlxalq aləmdə tanınmış ərazisidir (VİDEO)

İsrailin İ24 xəbər telekanalı: Dağlıq Qarabağ Azərbaycan Respublikasının beynəlxalq aləmdə tanınmış ərazisidir (VİDEO)

Bakı. Trend:

Azərbaycan Odlar diyarıdır. Bu od, həm çoxlarının qəlbinə hərarət verir, həm də ərazilərinin Ermənistan tərəfindən işğal edilməsindən zərər çəkmiş Azərbaycan xalqının tarixinə işıq saçır.

Trend-in məlumatına görə, israilli jurnalist Daniel Tsemax İsrailin nüfuzlu İ24 telekanalında nümayiş etdirilmiş süjetində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin indiki vəziyyəti barədə söhbət açır:

Jurnalistin sözlərinə görə, Sovet imperiyasının dağılmasından keçən 27 ildən artıq müddətdə Azərbaycan onun ərazisinin 20 faizini işğal etmiş qonşu Ermənistanın ərazi iddialarından əziyyət çəkir. Ermənistan-Azərbaycan münaqişəsinin mahiyyəti ondan ibarətdir ki, Azərbaycanın Dağlıq Qarabağ regionu və ona bitişik yeddi rayonun ərazisi Ermənistan tərəfindən işğal edilib. İsrailli jurnalist vurğulayır ki, Dağlıq Qarabağ regionu və ona bitişik yeddi rayon Azərbaycan Respublikasının beynəlxalq aləmdə tanınmış ərazisidir.

Daniel Tsemaxın sözlərinə görə, illər boyu mövcud olan atəşkəs rejiminə baxmayaraq, bu illər ərzində Ermənistanla Azərbaycan arasında vaxtaşırı döyüş əməliyyatları baş verib.

İsrailli jurnalist öz süjetində deyib: “Sonuncu tammiqyaslı hərbi qarşıdurma 2016-cı ilin aprelində baş verib. Azərbaycan silahlı qüvvələri 2016-cı il aprelin əvvəlində Ermənistanın hərbi provokasiyalarına cavab olaraq və öz vətəndaşlarının təhlükəsizliyini təmin etmək məqsədilə erməni ordusuna sarsıdıcı hərbi zərbələr endirib. Bu döyüşlərin sübutları hələ itməyib”.

Tsemax yazır ki, cəmi bir neçə il bundan əvvəl ermənilərin atdığı mərmilər Tərtər rayonunun mərkəzindəki binalara düşüb. Qanlı münaqişənin izləri bu şəhərdə hələ də qalır, münaqişə hər gün davam edir. Lakin bu münaqişə Azərbaycan əhalisini daha sıx birləşdirib, xalq daha dözümlü olub, öz torpağına daha möhkəm bağlanıb.

Tərtər sakini Bulud Budaqov: “Münaqişənin lap əvvəlindən biz buradayıq və heç yerə getməyəcəyik. Ölsək də burada öləcəyik. Bu, bizim torpağımızdır, bu torpaq bizə, bizim xalqımıza məxsusdur. Biz başqasının torpaqlarına iddia etmirik, öz torpağımızda rahat yaşamaq istəyirik”.

İsrailli jurnalist deyir: “İşğal edilmiş Azərbaycan əraziləri ilə təmas xəttinə yaxınlaşdıqda orada yandırılmış torpağı, dağıdılmış evləri və viran edilmiş məzarlıqları görürük. Biz bilirik ki, Ermənistan ilə Azərbaycan arasında ərazi münaqişəsi nəticəsində qurbanlar çox olub. Erməni silahlı dəstələri tərəfindən dağıdılmış bu evdə sözün həqiqi mənasında faciə baş verib. 2016-cı ilin aprel ayında ermənilər tərəfindən buraxılmış raket birbaşa bu evə düşərək onu dağıdıb.

Həlak olmuş azərbaycanlı Təranə Həsənovanın anası deyir: “Mənim evim raket zərbəsi ilə dağıdılıb. Ermənilərin atdığı mərmi evimin həyətinə düşəndə 16 yaşlı qızım Təranə Həsənova faciəvi şəkildə həlak olub”.

Tsemax qeyd edir ki, azərbaycanlıların sözlərinə görə, ermənilər daim provokasiya və təxribatlar törədir, kəndlərimizi atəşə tutur, nəticədə dinc əhali arasında tələfat olur. Öz doğma torpaqlarını işğalçılardan azad etməyə çalışan Azərbaycanlı əsgərlər fədakarcasına döyüşərək, yüksəklikləri qısa müddətdə tutub və erməniləri oradan çıxarıblar. Hasarlar, minalar, pulemyot və artilleriya atəşləri bu əsgərləri dayandırmayıb. Lələtəpə yaxınlığında şiddətli döyüşdə Azərbaycan silahlı qüvvələri Cocuq Mərcanlı kəndinin yaxınlığındakı strateji əhəmiyyətli döyüş postunu tutublar. Azərbaycan hökuməti bu kəndi bərpa edib və kəndin əvvəlki sakinlərinin hamısı oraya qayıda biliblər.

Ermənilər həm Lələtəpə, həm də Cocuq Mərcanlı kəndi uğrunda döyüşdə rus tanklarından və artilleriya silahlarından istifadə ediblər.

Azərbaycan müdafiə nazirinin müavini general Kərim Vəliyev: “Ermənistanda Rusiyanın hərbi bazaları var, onlar Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı çərçivəsində əməkdaşlıq edir və eyni hərbi struktura daxildirlər”.

Kərim Vəliyev deyir: “Biz Rusiyadan silahları pulla alırıq, Ermənistana isə Rusiya silahı pulsuz verir. Əlbəttə, belə bir fikir yaranır ki, görünür, bəzi ölkələr bu münaqişəsinin davam etməsində maraqlıdırlar”.

Süjetin sonunda studiyada çıxış edən Daniel Tsemax vurğulayır ki, bu gün İsrail ilə Azərbaycan arasında strateji tərəfdaşlıq yüksək səviyyədədir. Məhz Azərbaycan ilə İsrailin hərbi əməkdaşlığı sayəsində regionda qüvvələr nisbəti əsaslı şəkildə dəyişib və Azərbaycan silahlı qüvvələri praktiki olaraq bir neçə gün ərzində işğalçı erməni ordusunun ön hissələrini məhv ediblər. Tsemax vurğulayır ki, bu gün Azərbaycan ilə İsrail arasında hərbi və hərbi-texniki sahədə münasibətlər tərəfdaşlıq münasibətləri kimi səciyyələnir.

İsrailin nüfuzlu İ24 xəbərlər telekanalının israilli jurnalisti Daniel Tsemax öz süjetinin sonunda deyir: “İndiki halda tərəfdaşlıq çox yüksək səviyyədədir, ikitərəfli siyasi və iqtisadi münasibətləri etimada əsaslanan strateji tərəfdaşlıq hesab etmək olar”.

Azərbaycan Ordusunun şanlı aprel zəfərindən 5 il ötür
Azərbaycan Ordusunun şanlı aprel zəfərindən 5 il ötür
Azərbaycan ərazi bütövlüyünü bərpa edə bilib - Tural Gəncəliyev
Azərbaycan ərazi bütövlüyünü bərpa edə bilib - Tural Gəncəliyev
Britaniyanın "Aardvark Group" şirkəti Azərbaycanın azad edilmiş ərazilərinin minalardan təmizlənməsində iştirak edib
Britaniyanın "Aardvark Group" şirkəti Azərbaycanın azad edilmiş ərazilərinin minalardan təmizlənməsində iştirak edib
Loading Bars
Xəbər lenti
Hindistanda koronavirus xəstələrinin müalicə olunduğu xəstəxanada yanğın olub
Türkiyədə son sutkada koronavirusdan 52 184 nəfər sağalıb
İngiltərə Kuboku: "Çelsi" "Mançester Siti"ni məğlub edərək finalına çıxıb
“Yaşıl Marafon” layihəsi çərçivəsində Bakıda ağacəkmə aksiyası keçirilib (FOTO)
Türkiyə sahillərində zəlzələ qeydə alınıb
Özbəkistan ilin sonuna qədər COVID-19-a qarşı öz peyvəndinin istehsalına başlaya bilər
"Bavariya"nın baş məşqçisi mövsümün sonunda komandadan ayrılmaq istədiyini açıqlayıb
Myanmada toqquşmalarda ölənlərin sayı 730-a çatıb
Böyük Britaniyada şahzadə Filipin dəfn mərasimi keçirilib
Sabirabadda ikimərtəbəli ev yanıb
"Twitter"in işində nasazlıq yaranıb
Ağacların kəsilməsi ilə bağlı şikayət araşdırıldı
2 gənc buza dırmanacaq, çayı keçəcək, dağda yatacaq... – AzTV-də maraqlı veriliş başlayır (VİDEO)
Gədəbəydə ikimərtəbəli evdə yanğın olub
Ermənilərin yeganə şansı bütün qondarma ərazi iddialarından imtina etməkdir - Əli Hüseynli
Azərbaycanda COVID-19-a qarşı peyvənd olunanların SAYI açıqlandı
Azərbaycanda 2 148 nəfər COVID-19-a yoluxub, 30 nəfər vəfat edib
Baş Prokurorluq və DİN birgə məlumat yayıb
Şirkət rəhbəri külli miqdarda dələduzluğa görə həbs edildi
Azərbaycanda bu sahələrdə daha yüksək maaş verilir
Ermənistan yanlış siyasətinə, terrorçu və təxribatçı əməllərinə görə cavab verir - Deputat
Azərbaycanda qaz hasilatı artıb
"VICE News"un Ermənistanın Bərdəyə raket zərbəsi barədə reportajı beynəlxaq mükafata namizəd irəli sürülüb
Azərbaycan Dövlət Pedaqoji Universitetinin 100 illik yubileyi qeyd ediləcək - SƏRƏNCAM
Bakıda quldurluq: Pizza şirkətinin əməkdaşını hədələyib 500 manatını aldılar (VİDEO)
Milli Məclisin nümayəndə heyəti MDB PA-nın tədbirlərində iştirak edib (FOTO)
Azərbaycan qazı Avrasiyada qaz hasilatı artımının aparıcı qüvvələrindən biridir
2021 Formula 1 Azərbaycan Qran Pri yarışı ilə bağlı viza prosedurları sadələşdirilir - SƏRƏNCAM
İranda ötən sutka 21 min nəfər koronavirusa yoluxub, 319 nəfər ölüb
Ağdamda müasir tələblərə cavab verən heyvan kəsimi məntəqəsinin inşasına start verilib (FOTO/VİDEO)
Mingəçevirdə “Təmiz hava” aylığı çərçivəsində reyd keçirilib (FOTO)
Cəbrayıl rayonunun Daş Veysəlli kəndi (VİDEO)
Xətaidə kafeyə gedən, orada insanlarla görüşən koronavirus xəstəsi saxlanılıb (VİDEO)
Kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi ilə bağlı Fərman imzalanıb
İşğalçılar Alban məbədlərini saxtalaşdırıblar, dağıdıblar - Alban-udi dini icmasının sədr müavini (VİDEO)
Azərbaycan parlament nümayəndə heyəti Sankt-Peterburqda Ulu öndər Heydər Əliyevin xatirəsini yad edib (FOTO)
Ermənilər Qarabağın hər bir kvadratmetrini saxtalaşdırmaq istəyib - Alban-Udi icmasının rəhbəri (VİDEO)
Kanalizasiya quyularının qapaqlarını oğurlayan şəxs saxlanılıb (FOTO)
İran Azərbaycana ticarət attaşesi göndərir
Qubada Türkiyə-Azərbaycan Qardaşlıq Parkı tikilir (FOTO)
Azərbaycan nefti bahalaşıb
Toyvo Klaar separatçı ilə görüş qərarı verərkən beynəlxalq hüququn prinsiplərini əsas götürməli idi - Ukraynalı ekspert
Bakıda evdən 80 min dollarlıq qızıl külçələr oğurlandı (FOTO/VİDEO)
BMT Qarabağın minalardan təmizlənməsi ilə bağlı Rusiyanın təklifini cavablandırmayıb - Şoyqu
Alban-Udi xristian dini icmasının üzvləri Tuğdakı qədim alban məbədində – Trend TV-nin REPORTAJI
Rusiyada bir gündə 398 nəfər koronavirusdan ölüb
Bu il 700 minə yaxın şəxsə sosial müavinət və təqaüd ödənilib
Bakıda yeni avtobus xətti istifadəyə verilir (FOTO)
Minsk qrupunun Qarabağ münaqişəsinin həlli ilə bağlı missiyası başlamamış başa çatdı - Əli Hüseynli
Qəbulda qohumbazlıq, korrupsiya tüğyan edirdi - Məleykə Abbaszadə
Sabah hava küləkli olacaq
YAP İdarə Heyətinin üzvü partiyanın fəal gəncləri ilə görüşüb (FOTO)
Bakıda 28 yaşlı gənci qatar vurub öldürməsi ilə bağlı cinayət işi açılıb
Çində kimya zavodu partlayıb
Şərqi Avropa portalında “Minalar, Qarabağ və Ermənistanda böhran” adlı məqalə dərc olunub
Qaradağda top mərmisi tapılıb (FOTO)
Karantini pozan repetitor saxlanılıb
Son üç ayda 17 uşaq övladlığa verilib
Masallıda yas mərasimi dayandırılıb, 7 nəfər cərimələnib (FOTO)
Milli Məclisin sədri beynəlxalq təşkilatları Ermənistana təsir göstərməyə çağırıb (VİDEO)
30 il susan Minsk qrupu ermənilərin məğlubiyyətini görəndə Azərbaycana təzyiqə başladı - Komitə sədri
Xırdalanda 6 şəhidin xatirəsinə bulaq kompleksi tikilib (FOTO)
Ötən gün 21 yanğın olub, 2 nəfər xilas edilib (VİDEO)
Alban-Udi dini icmasının üzvləri Tuğ kəndinə səfər ediblər (FOTO)
Qubadlıda ermənilərin qoyub qaçdığı döyüş sursatları aşkar edilib (VİDEO)
"Anglo Asian Mining" Azərbaycanda qızıl hasilatını 25 faiz azaldıb
Cinayət törətməkdə şübhəli bilinən 38 nəfər saxlanılıb
Evdən antik samovar oğurlayan keçmiş məhkum saxlanılıb (FOTO)
Yeddi koronavirus xəstəsi ictimai yerlərdə saxlanılıb
İsraildə aktiv koronavirus xəstələrinin sayı 2 680 nəfərə düşüb
"AstraZeneca" kifayət qədər yüksək effektə malikdir - Bəzi şirkətlər böyük bir təbliğat oyunu aparır - AÇIQLAMA
Qazaxıstanda son sutkada koronavirusa 2 822 nəfər yoluxub
Azərbaycanda 3,6 bal gücündə zəlzələ olub
İranın uranı 60%-ə qədər zənginləşdirmək qərarı danışıqlara kömək etmir - Bayden
Kolumbiyada koronavirusun "Britaniya" ştammı aşkarlanıb
ÜST koronavirusun yayılmasının pik nöqtəyə çatacağı vaxtı proqnozlaşdırırdı
Britaniyada koronavirusa daha 2 596 nəfər yoluxub
Yaponiya Yay Olimpiya oyunlarından imtina etmək niyyətində deyil - Baş nazir
Peyvəndlərə bərabərhüquqlu əlçatanlıq təmin edilməyib - ÜST-nin rəhbəri
Bayden ABŞ-ın qaçqın qəbulu üzrə limitini olduğu kimi saxlayıb
Raul Kastro vəzifəsindən istefa verib
İtaliya mətbuatı: “Prezident İlham Əliyev: İtaliya yaxın dost və tərəfdaşdır”
"Qarabağ" Şahruddin Məhəmmədəliyevin vəziyyəti ilə bağlı son durumu açıqladı
Türkiyədə son sutkada koronavirusdan 56 510 nəfər sağalıb
Rusiya bir sıra ABŞ rəsmisinin ölkəyə girişinə qadağa qoyub
Dünyada ötən sutka koronavirusa 800 mindən çox yoluxma qeydə alınıb - ÜST
Azərbaycan reallıqlarını parlamentarilər səviyyəsində dünyaya çatdırmaq önəmli məsələdir - Arzu Nağıyev (VİDEO)
Gənc batutçularımızdan bu dəfə 1 dəst medal
BMT TŞ Liviyada monitorinq qrupunun yaradılması ilə bağlı qərar qəbul edib
Milli Məclisin Sədri Sahibə Qafarova MDB PA-nın 52-ci plenar iclasında çıxış edib (FOTO)
Qazaxıstanda Su-30SM qırıcısı qəzaya uğrayıb
Gürcüstanda koronavirusa daha 1077 nəfər yoluxub, 8 nəfər ölüb
Azad olunmuş ərazilərdə yaşıllığı bərpa etmək üçün bu ilin əkin planı 2 dəfə artırılıb
Suqovuşanın elektrik enerjisi ilə təchizatı yekunlaşmaq üzrədir
Azad edilmiş kənd ərazilərində vahid şəhərsalma əsaslandırılmasında layihə tapşırığını bu qurum hazırlayacaq - QƏRAR
Azərbaycan təkcə işğalçı orduya deyil, ermənilərin dünyadakı havadarlarına da qalib gəlib - Əli Hüseynli (Videolayihə)
Aİ-nin Azərbaycandakı nümayəndəsi XİN-ə çağırıldı, etiraz bildirildi
10 noyabr bəyanatı regionda sülhün təmin olunmasında mühüm əhəmiyyətə malikdir - Matviyenko
“Bakı Metropoliteni” QSC-nin Müşahidə Şurasının ilk iclası keçirilib (FOTO)
Avropa Xəbər Agentlikləri Alyansının Baş Assambleyası ilk dəfə onlayn formatda keçiriləcək (FOTO)
Bütün xəbərlər