...

Lev Spivak: Hökumət orqanlarındakı kadr dəyişiklikləri Azərbaycan iqtisadiyyatının səviyyəsini daha da qaldıracaq

Siyasət Materials 24 Oktyabr 2019 16:59 (UTC +04:00)
Mən Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən həyata keçirilmiş hökumət orqanlarındakı kadr dəyişikliklərini tam dəstəkləyirəm
Lev Spivak: Hökumət orqanlarındakı kadr dəyişiklikləri Azərbaycan iqtisadiyyatının səviyyəsini daha da qaldıracaq

Bakı. Mətanət Nəsibova - Trend:

Mən Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən həyata keçirilmiş hökumət orqanlarındakı kadr dəyişikliklərini tam dəstəkləyirəm.

Bunu Trend-ə “Az-İz” Azərbaycan-İsrail Beynəlxalq Assosiasiyasının baş direktoru Lev Spivak deyib.

Onun sözlərinə görə, bu addım Azərbaycan Prezidenti tərəfindən həyata keçirilən və ölkənin milli maraqlarına xidmət edən dərin institusional islahatların dəstəklənməsinə yönəlib:

“Fikrimcə, düşünülmüş kadr islahatları ilk növbədə iqtisadiyyatın prioritet sahələrini lazımi səviyyəyə yüksəltmək üçün lazımdır. Ona görə də hesab edirəm ki, Mikayıl Cabbarovun İqtisadiyyat naziri vəzifəsinə təyin olunması dövlətin iqtisadi siyasətində və ümumilikdə Azərbaycan iqtisadiyyatının sağlamlaşdırılmasında müsbət əks olunacaq. Hesab edirəm ki, ölkədə kadr islahatları biznes mühitinin yaxşılaşmasına, sahibkarlığın səviyyəsinin yüksəldilməsinə və ümumilikdə makroiqtisadi vəziyyətin yaxşılaşmasına müsbət təsir göstərəcək”.

Baş direktor qeyd edib ki, bu il sənaye, turizm və təhsil sahələrində perspektivlərin müzakirə olunması üçün iqtisadi əməkdaşlıq üzrə Azərbaycan-İsrail hökumətlərarası komissiyasının işçi qrupu İsrailə səfər edib:

“Səfər zamanı Azərbaycan nümayəndə heyəti Hayfada yük limanının, sənaye zonalarının, ali tədris müəssisələrinin fəaliyyəti, ölkənin turizm imkanları ilə tanış olub, sənaye və turizm sahələrində qarşılıqlı əməkdaşlıq imkanları müzakirə olunub. Azərbaycan tərəfindən komissiyaya sabiq Vergilər naziri Mikayıl Cabbarov rəhbərlik edirdi”.

L.Spivak əlavə edib ki, hökumət orqanlarındakı kadr dəyişiklikləri islahatlaşma mexanizminin davamıdır:

“İqtisadiyyan və Vergilər nazirliklərinin birləşdirilməsi qərarı dövlətin düşünülmüş siyasətidir və ölkədə şəffaflığı, iqtisadi islahatların keyfiyyətini daha da yüksəldəcək”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti