...

Azərbaycan XİN İran hökumətinə başsağlığı verib

Siyasət Materials 8 Noyabr 2019 21:21 (UTC +04:00)
Azərbaycan Xarici İşlər İranda baş verən zəlzələ ilə bağlı ölkə hökümətinə başsağlığı verib
Azərbaycan XİN İran hökumətinə başsağlığı verib

Bakı. Trend:

Azərbaycan Xarici İşlər Nazirliyi İranda baş verən zəlzələ ilə bağlı ölkə hökümətinə başsağlığı verib.

Trend-in məlumatına görə, bu barədə XİN "Twitter" səhifəsində qeyd edib.

"İranda zəlzələnin baş verməsi xəbəri bizi dərindən kədərləndirdi. Zəlzələ nəticəsində həlak olanlara və onların yaxınlarına başsağlığı bildirir, yaralılara isə Allahdan şəfa diləyirik. Belə bir gündə qardaş İran xalqına və dövlətinə hər cür köməklik göstərməyə hazırıq".

Qeyd edək ki, bu gecə yerli vaxtla saat 02:47-də İran ərazisində zəlzələ baş verib. Zəlzələ Azərbaycanın sərhəd rayonlarında - Astara, Lənkəran, Lerik, Yardımlı, Masallıda hiss olunub.

Yeraltı təkanlar 6 bal gücündə olub. Zəlzələ ocağı 2 kilometr dərinlikdə yerləşib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti