...

Dünyanın ən zəngin insanlarından biri 1,3 milyard dolları xeyriyyə fondlarına ianə edəcək

Dünya xəbərləri Materials 11 Noyabr 2025 09:51 (UTC +04:00)
Dünyanın ən zəngin insanlarından biri 1,3 milyard dolları xeyriyyə fondlarına ianə edəcək
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

Dünyanın ən zəngin insanlarından sayılan Uorren Baffet ictimai fəaliyyətini dayandırmaq və xeyriyyə fondlarına inanılmaz məbləğdə vəsait - 1,3 milyard dollar ianə etmək niyyətindədir.

Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir.

95 yaşlı milyarder bu barədə holdinqi “Berkshire Hathaway”in səhmdarlarına ünvanladığı məktubda bildirib.

Söhbət Baffetin övladlarına məxsus olan 4 fonddan gedir- “The Susan Thompson Buffett Foundation”, “The Sherwood Foundation”, “The Howard G. Buffett Foundation” və “NoVo Foundation”.

O, həmin fondlara “Berkshire Hathaway”a aid 2,7 milyon səhmi bağışlayacaq. “Bloomberg” agentliyi həmin səhmlərin ümumi dəyərinin 1,3 milyard ABŞ dollarına yaxın olduğunu hesablayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti