Bakı. Trend:
Bu gün Azərbaycan 2-ci liqasında 8-ci tur start götürəcək.
Trend xəbər verir ki, ilk oyun gününə 3 matç nəzərdə tutulub.
"Xankəndi" "Ağdaş"ın qonağı olacaq. "Şəki Siti" "Kür-Araz"la qarşılaşacaq. "Dinamo" isə "Quba"nı qəbul edəcək.
Turun digər 3 oyunu sabah keçiriləcək.
10 noyabr (bazar ertəsi)
14:00. “Ağdaş” – “Xankəndi”
Hakimlər: Rəsul Babayev, Cavid Ömərov, Ruslan Məmmədov, Ceyhun Hüseynov
Ağdaş şəhər stadionu
14:00. “Kür-Araz” – “Şəki Siti”
Hakimlər: Nahid Xasiyev, Sevda Nuriyeva, Sadıq Əliyev, Murad Səlimov
Saatlı OİK stadionu
14:00. “Dinamo” – “Quba”
Hakimlər: Nəriman Ağayev, Rizvan Süleymanov, Ruslan Babayev, Fəridə Lütfəliyeva
Binə qəsəbə stadionu
11 noyabr (çərşənbə axşamı)
14:30. “Araz Saatlı” – “Şəmkir”
14:30. “Göygöl” – “Qaradağ Lökbatan”
14:30. “Şirvan” – “Ağstafa Gəncləri”