...

Rusiyaya düşən meteoritin qalıqları aşkarlanıb

Dünya xəbərləri Materials 11 Noyabr 2025 10:55 (UTC +04:00)
Rusiyaya düşən meteoritin qalıqları aşkarlanıb
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

Bir neçə gün əvvəl Rusiya paytaxtı üzərində görünmüş kosmik obyektin meteorit olduğu və onun yerə düşdüyü müəyyən edilib.

Trend xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Rusiyanın V.İ.Vernadski adına Geoloji-kimya və analitik kimya institutunun alimləri veriblər.

Məlumata görə, ulduzlararası obyektin qalıqları laborator müayinəyə göndərilib və ilkin araşdırmalar nəticəsində meteoritin adi xondritlərə (daş meteoritlər) aid LL6 qrupu növünə daxil olduğu müəyyən edilib.

“Hazırda yeni materialların axtarışı və tədqiqatlar davam etdirilir”, - institutdan bildirilib.

Meteoritin konkret hansı əraziyə düşdüyü barədə məlumat verilmir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti