...

İsrail hökumətində qalmaqallı “ölüm cəzası” təşəbbüsü irəli sürülüb

Dünya xəbərləri Materials 11 Noyabr 2025 11:50 (UTC +04:00)
İsrail hökumətində qalmaqallı “ölüm cəzası” təşəbbüsü irəli sürülüb
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

İsraildə terror və milli zəminli qətllərdə təqsirli bilinmiş şəxslərə ölüm cəzasının verilməsini nəzərdə tutan qanun layihəsi ilkin oxunuşdan qəbul olunub.

Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir.

Məlumata görə, ölkənin Milli Təhlükəsizlik Naziri İtamar Ben Qvirin təşəbbüsü ilə irəli sürülmüş qalmaqallı qanun layihəsi ilkin oxunuşda 39 lehinə, 16 əleyhinə səslə qəbul olunub. Qanun layihəsinin ikinci və üçüncü oxunuşdan əvvəl parlamentin komitə iclasında yaxın zamanda müzakirələrə çıxarılacağı gözlənilir.

Ben Qvir bu tədbirin “terrorçuluğa qarşı ciddi çəkindirici təsir yaradacağını” bildirib və əgər qanun layihəsi səsverməyə çıxarılmasa, partiyasını İsrailin koalisiya hökumətindən çıxaracağı ilə hədələyib.Baş nazir Benyamin Netanyahu əvvəllər bu qanun layihəsinə qarşı çıxaraq, Qəzzada girov saxlanılan israillilərə qarşı mümkün qisas tədbirləri ilə bağlı narahatlıqlarını ifadə etmişdi.

Hazırda İsraildə ölüm cəzası yalnız istisna hallarda – dövlətə xəyanət və nasist rejimi dövründə törədilmiş hərbi cinayətlər kimi əməllərə görə – tətbiq oluna bilər, lakin bu cəza artıq onilliklərdir həyata keçirilmir.İsraildə edam olunan yeganə şəxs Holokostun əsas memarlarından biri sayılan Adolf Eyxmann olub. O, 1962-ci ildə İsrail kəşfiyyat agentləri tərəfindən Argentinada tutulduqdan və tarixi məhkəmə prosesi nəticəsində məhkum edildikdən sonra dar ağacından asılmışdı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti