Bakı. Trend:
Azərbaycan milli komandasının noyabrın 13-də İslandiya yığması ilə Bakıda keçirəcəyi DÇ-2026-nın seçmə mərhələ oyununun hakim təyinatları açıqlanıb.
Bu barədə Trend-ə AFFA-dan məlumat verilib.
Bildirilib ki, 8-ci km qəsəbə stadionunda təşkil olunacaq görüşü Monteneqro və Serbiyadan olan hakimlər briqadası idarə edəcək:
13 noyabr
Azərbaycan - İslandiya
8-ci km qəsəbə stadionu. Saat 21:00
Baş hakim: Nikola Dabanoviç
Baş hakimin köməkçiləri: Vladan Todoroviç, Srcan Yovanoviç
Dördüncü hakim: Miloş Boşkoviç (Hamısı Monteneqro)
VAR hakimləri: Momçilo Markoviç, Aleksandar Jivkoviç (hər ikisi
Serbiya)
