...

Pakistanın paytaxtında terror: partlayış 20 nəfərin həyatına son qoyub

Dünya xəbərləri Materials 11 Noyabr 2025 14:04 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Pakistanın paytaxtı İslamabad şəhərində parltayış törədilib.

Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir.

Pakistanın Tibbi Elmlər İnstitutunun xəstəxanasından verilən məlumata görə, hadisə nəticəsində azı 12 nəfər həyatını itirib, 20 nəfər yaralanıb.

Partlayışın ölkənin Ali Məhkəməsi yaxınlığında yerləşən parkinq zonasında törədildiyi bildirilir. Bəzi mənbələr hücumun terrorçu-kamikadze tərəfindən həyata keçirildiyini qeyd edir.

Hücuma görə hələlik heç bir qruplaşma məsuliyyəti öz üzərinə götürməyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti