...

Prezident İlham Əliyev Sumqayıtda Ulu Öndərin abidəsini ziyarət edib (FOTO)

Siyasət Materials 21 Noyabr 2019 14:17 (UTC +04:00)
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 21-də Sumqayıt şəhərində səfərdə olub.
Prezident İlham Əliyev Sumqayıtda Ulu Öndərin abidəsini ziyarət edib (FOTO)

Bakı. Trend:

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 21-də Sumqayıt şəhərində səfərdə olub.

Bu barədə Prezidentin Mətbuat xidmətindən Trend-ə məlumat verilib.

Dövlətimizin başçısı ümummilli lider Heydər Əliyevin şəhərin mərkəzində ucaldılmış abidəsini ziyarət etdi, önünə gül dəstəsi qoydu.

Şəhər icra hakimiyyətinin başçısı Zakir Fərəcov Sumqayıtda görülən işlər haqqında məlumat verdi.

Prezident İlham Əliyev müvafiq tapşırıqlarını verdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti