...

XİN-dən Azərbaycan və Ermənistan jurnalistlərinin səfər mübadiləsi ilə bağlı AÇIQLAMA

Siyasət Materials 23 Noyabr 2019 20:44 (UTC +04:00)
ATƏT-in Fəaliyyətdə olan Sədrinin şəxsi nümayəndəsinin ofisinin təşkilati dəstəyi ilə Azərbaycan və Ermənistan tərəfindən bu ilin 17-21 noyabr tarixlərində iki ölkənin KİV nümayəndələrinin səfər mübadiləsi təşkil olunub
XİN-dən Azərbaycan və Ermənistan jurnalistlərinin səfər mübadiləsi ilə bağlı AÇIQLAMA

Bakı. Trend:

ATƏT-in Fəaliyyətdə olan Sədrinin şəxsi nümayəndəsinin ofisinin təşkilati dəstəyi ilə Azərbaycan və Ermənistan tərəfindən bu ilin 17-21 noyabr tarixlərində iki ölkənin KİV nümayəndələrinin səfər mübadiləsi təşkil olunub.

Bunu XİN-in Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva KİV-in Azərbaycan və Ermənistan jurnalistlərinin səfər mübadiləsi ilə bağlı suallarını cavablandıraraq deyib.

L.Abdullayeva bildirib ki, səfər çərçivəsində jurnalistlərimiz Ermənistanda, eləcə də ölkəmizin Dağlıq Qarabağ bölgəsində, o cümlədən Şuşa şəhərində olublar. Erməni jurnalistləri azərbaycanlı həmkarları, QHT nümayəndələri, akademik dairələr, həmçinin Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı icması ilə görüşüblər. Azərbaycanda olarkən erməni jurnalistləri, habelə müsəlman, xristian və yəhudi dini ziyarətgahlarına baş çəkiblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti