...

Xələf Xələfov: Rusiya ilə sərhədin demarkasiyası prosesi 2-3 il ərzində başa çata bilər

Siyasət Materials 9 Dekabr 2019 11:19 (UTC +04:00)
Rəsmi Bakı Azərbaycan və Rusiya arasında dövlət sərhədinin demarkasiyası prosesini yaxın 2-3 il ərzində başa çatdırmağa ümid edir
Xələf Xələfov: Rusiya ilə sərhədin demarkasiyası prosesi 2-3 il ərzində başa çata bilər

Bakı. Eldar Canaşvili - Trend:

Rəsmi Bakı Azərbaycan və Rusiya arasında dövlət sərhədinin demarkasiyası prosesini yaxın 2-3 il ərzində başa çatdırmağa ümid edir.

Trend-in məlumatına görə, bunu Xarici İşlər nazirinin müavini Xələf Xələfov deyib.

O bildirib ki, Rusiya tərəfi ilə sərhədin demarkasiyası məsələləri uğurla davam etdirilir:

“Noyabr ayında Moskvada iclas keçirilib və yeni planlar müəyyənləşdirilib. Demək olar ki, son 2-3 il ərzində işlərin 30-40 faizi görülüb”.

Nazir müavini əlavə edib ki, bu işlər çərçivəsində tərəflər arasında tam anlaşma mövcuddur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti