...

Azərbaycanda yeni nəsil şəxsiyyət vəsiqəsi daşıyan 1 milyondan çox seçici var

Siyasət Materials 22 Dekabr 2019 13:01 (UTC +04:00)
Azərbaycanda yeni nəsil şəxsiyyət vəsiqəsi daşıyan 1 milyondan çox seçici var
Azərbaycanda yeni nəsil şəxsiyyət vəsiqəsi daşıyan 1 milyondan çox seçici var

Bakı. Elçin Mehdiyev – Trend:

Azərbaycanda yeni nəsil şəxsiyyət vəsiqəsi daşıyan 1 milyondan çox seçici var.

Trend-in məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov bu gün keçirilən mətbuat konfransında deyib.

M.Pənahov bildirib ki, Azərbaycanda 1,5 milyondan çox vətəndaşa yeni nəsil şəxsiyyət vəsiqəsi verilib: “Biz bütün məntəqələri yeni şəxsiyyət vəsiqələrini tanımaq üçün çip oxuyan qurğularla təmin etmişik”.

Qeyd edək ki, sabah Azərbaycanda bələdiyyə seçkiləri keçiriləcək. Ümumilikdə 1606 bələdiyyə üzrə 15 156 bələdiyyə üzvü seçiləcək. Bələdiyyə seçkiləri 5049 seçki məntəqəsində keçiriləcək. Səsvermə səhər saat 08:00-da başlayacaq, axşam saat 19:00-da başa çatacaq.

Ümumilikdə səsvermə üçün siyahıya daxil olmuş seçicilərin sayı 4 972 356 nəfərdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti