Bakı. Trend:
Tbilisidə Azərbaycanın Xarici İşlər nazir Elmar Məmmədyarov və Türkiyənin Xarici İşlər naziri Mevlüt Çavuşoğlunun görüşü olub.
Trend-in məlumatına görə, görüşdə ikitərəfli əməkdaşlıq məsələləri müzakirə edilib.
Tərəflər, eyni zamanda Azərbaycan, Gürcüstan və Türkiyənin birgə iştirakı ilə reallaşdırılan irimiqyaslı layihələri nəzərdən keçirib, gələcək əməkdaşlığın perspektivləri, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.