...

Zaqatala rayonu üzrə 23 bələdiyyəyə 233 nəfər üzv seçiləcək

Siyasət Materials 23 Dekabr 2019 20:14 (UTC +04:00)
Səsvermənin gedişini 430 nəfər yerli müşahidəçi izləyir.
Zaqatala rayonu üzrə 23 bələdiyyəyə 233 nəfər üzv seçiləcək

Bakı. Trend:

Budəfəki seçkilərdə Zaqatala rayonu üzrə 23 bələdiyyəyə 233 üzv seçiləcək.

Trend-in məlumatına görə, 110 saylı Zaqatala seçki dairəsi dairə seçki komissiyasının sədri Fikrət Mustafayevin verdiyi məlumata görə, dairənin tərkibinə daxil olan 47 seçki məntəqəsinin hər birində səsvermə prosesi qanunvericiliyin tələblərinə uyğun aparılır. Bu dairədə 16 bələdiyyəyə 160 bələdiyyə üzvü yeri uğrunda 506 nəfər namizəd mübarizə aparır. Onlardan 171 nəfəri YAP və digər siyasi partiyaları təmsil edirlər. 335 nəfərin namizədliyi isə öz təşəbbüsləri ilə irəli sürülüb. Səsvermənin gedişini 480 nəfər yerli müşahidəçi izləyir. İndiyədək səsvermənin gedişində heç bir qanun pozuntusu qeydə alınmayıb.

111 saylı Zaqatala-Balakən seçki dairəsi dairə seçki komissiyasının sədri Zöhrab İsmayılovun məlumatına görə, seçkilərdə bu dairə üzrə 13 bələdiyyəyə, ümumilikdə, 133 üzv seçiləcək. Bu bələdiyyələrin 7-si Zaqatala, 6-sı isə Balakən rayonunun ərazisində fəaliyyət göstərir. Zaqatala rayonunun bu dairəyə aid ərazisində 73, Balakən rayonunda isə 60 nəfər bələdiyyə üzvü seçiləcək. Mübarizə aparan namizədlərin sayı isə 448 nəfərdir.

Dairənin tərkibinə daxil olan 44 seçki məntəqəsinin 29-u Zaqatalada, 15-i isə Balakən rayonunun ərazisində yerləşir. Səsvermənin gedişini 430 nəfər yerli müşahidəçi izləyir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti