Naxçıvan Muxtar Respublikasında bələdiyyə seçkiləri başa çatıb

Naxçıvan Muxtar Respublikasında bələdiyyə seçkiləri başa çatıb

Bakı. Trend:

Ölkənin ictimai-siyasi həyatında mühüm əhəmiyyətə malik hadisələrdən biri hesab olunan bələdiyyə seçkiləri Naxçıvan Muxtar Respublikasının paytaxtı olan Naxçıvan şəhərində də yüksək əhval-ruhiyyə ilə keçirilib.

Trend-in məlumatına görə, 4 saylı Naxçıvan Şəhər Seçki Dairəsinin Dairə seçki komissiyasının sədri Çingiz Məmişov bildirib ki, bu seçki dairəsi üzrə 37 məntəqədə 44 min 455 seçici qeydiyyata alınıb. Onlardan 504-ü ilk dəfə olaraq bu hüquqdan istifadə edəcək. Naxçıvan bələdiyyəsi üçün 29, Əliabad bələdiyyəsi üzrə 13 nəfərin namizədliyi qeydə alınıb.

Seçkilərə start verilməmişdən əvvəl əməkdaşlarımız Naxçıvan şəhərindəki Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində yerləşən 9 saylı seçki məntəqəsində hazırlıq işləri ilə tanış olublar. Qaydalara uyğun olaraq 4-9 saylı məntəqə seçki komissiyasının sədri Aynur Rzayeva komissiya üzvləri qarşısında seçki qutularının möhürlənməsini həyata keçirib. Məntəqədəki şəffaf seçki qutuları ayrı-ayrılıqda möhürlənib, seçkiyə vaxtında – saatlar 8:00-ı göstərəndə start verilib. Səhər saatlarından başlayaraq məntəqəyə seçicilərin axını müşahidə edilib. Bu məntəqədə 934 seçici qeydiyyatdadır. Onlardan 10-u ilk dəfə səs verəcək.

“Naxçıvan Dəmir Yolları” Məhdud Məsuliyyətli Cəmiyyətinin binasında yerləşən 4-17 saylı seçki məntəqəsində də seçicilərin çoxluğu və yüksək əhval-ruhiyyə ilə seçkiyə qatılmaq istəkləri diqqətimizi çəkdi. Artıq saat 12:00-dək 351 seçici səs verib. Onlardan Əyyub İsmayılov seçki prosesində iştirak etməyi özü üçün vətəndaşlıq mövqeyi, mənəvi borc hesab edir. O deyib ki, seçimini edərkən bələdiyyələrdə sakinlərin istək və arzularını yerinə yetirə biləcək namizədlərə səs verib.

Qeyd edək ki, bu məntəqə üzrə seçicilərin sayı 1398-dir. Quraşdırılan veb-kamera seçkilərin gedişini internet vasitəsilə də izləməyə imkan verir. Bu da seçkilərin şəffaf və demokratik şəraitdə keçirilməsinə xidmət edir.

1292 seçicinin qeydiyyatda olduğu Naxçıvan Tibb Kollecinin binasında yerləşən 4-12 saylı seçki məntəqəsində də qələbəlik müşahidə olunub. Seçicilərdən yaşı 75-i haqlamış Tofiq Bayramov qeyd edib ki, komissiya üzvlərinin qanunauyğun fəaliyyəti vətəndaşların sərbəst şəkildə öz iradələrini ifadə etmələrinə və istədikləri namizədlərə səs vermələrinə şərait yaradıb. Buraya gələn hər kəs yaradılan bu şəraiti yüksək qiymətləndirib.

Seçici Vəli Baxşəliyev deyib ki, seçki prosesi Azərbaycan Respublikasının seçki qanunvericiliyinə tam uyğundur. O deyib: “Mən də bələdiyyə üzvlüyünə namizədlər arasında ən layiqli bildiklərimə səs verdim. İnanıram ki, seçdiyimiz bələdiyyə üzvləri şəhərimizin daha da inkişafına və gözəlləşməsinə xidmət edəcəklər”.

Naxçıvan şəhər 14 nömrəli tam orta məktəbdə yerləşən 4-28 saylı seçki məntəqəsində isə seçki siyahısında 1471 seçicinin adı var. İlk dəfə seçki hüququndan istifadə edən Zərifə Sarıyeva deyib ki, buna görə həm sevincli, həm də həyəcanlıdır. Onun fikrincə, bələdiyyələr əhatə etdiyi ərazilərdə müsbət yeniliklər yarada bilərlər. Ona görə də seçkilərdə iştirak edərək layiqli namizədlərə səs vermək lazımdır.

Dekabrın 23-də muxtar respublikanın ən böyük bölgəsi olan Şərur rayonunda da seçici fəallığı müşahidə edilib.

2 saylı Şərur Seçki Dairəsi 53 seçki məntəqəsini əhatə edir. Bu məntəqələrin 5-də seçkiləri izləmək üçün veb-kamera quraşdırılmışdı. Dairə üzrə 43 min 142 seçici qeydə alınmışdı ki, onların 709-u seçkilərdə ilk dəfə iştirak edirdi.

Rayonun Çomaxtur kəndində yerləşən 2-10 və 2-11 saylı seçki məntəqələrində də mütəşəkkillik müşahidə olunurdu. 2-10 saylı məntəqədə də 1277 seçicinin səs verməsi üçün hərtərəfli şərait yaradılmış, seçkilərin şəffaf və heç bir qanun pozuntusuna yol verilməməsi üçün hazırlıq işləri görülmüşdü.

2 saylı Şərur Dairə Seçki Komissiyasının əhatə etdiyi Qarxun, Məmmədsabir, Sərxanlı və digər kəndlərdəki seçki məntəqələrində də seçicilər öz vətəndaşlıq mövqelərini nümayiş etdiriblər.

1 saylı Şərur-Sədərək Dairə Seçki Komissiyasının əhatə etdiyi Şəhriyar, Kərimbəyli, Axaməd, Dəmirçi, Maxta, Zeyvə, Düdəngə, Cəlilkənd, Mahmudkənd yaşayış məntəqələrində də mütəşəkkillik təmin olunub. Həmin dairə seçki komissiyasının Şərurda yaradılmış 27 məntəqəsində 27 min 940 seçici qeydə alınıb, 214 namizəd arasından 153 nəfəri bələdiyyə üzvlüyünə seçiləcək. Burada 4 məntəqədə veb-kamera quraşdırılıb.

Seçki məntəqələrində səsverməyə gəlmək imkanı olmayan və bu barədə məntəqə seçki komissiyalarına əvvəlcədən müraciət etmiş ahıl vətəndaşların, qocaların və xəstələrin səs vermələri üçün də lazımi şərait yaradılıb, səs vermələri üçün daşınan qutulardan istifadə olunub.

Ümumiyyətlə, 2 saylı Şərur və 1 saylı Şərur-Sədərək Dairə Seçki komissiyalarının əhatə etdiyi bütün məntəqələrdə seçkilər demokratik şəraitdə keçirilib.

3 saylı Babək-Kəngərli-Naxçıvan Seçki Dairəsinin 3-42 saylı seçki məntəqəsi üzrə 1305 seçici qeydiyyat alınıb ki, onlardan 8-i ilk dəfə öz seçki hüququndan istifadə edirdi. Məlumat üçün deyək ki, bu məntəqə də daxil olmaqla, seçki dairəsi üzrə, ümumilikdə, 5 veb-kamera quraşdırılıb. Babək qəsəbəsində yerləşən 3-41 və 3-45 saylı seçki məntəqələrində də seçkilərə hazırlıq Seçki Məcəlləsinə uyğun aparılıb.

Dairənin 3-33 saylı seçki məntəqəsində 457 seçici qeydiyyata alınıb və onlardan 5-i ilk dəfə seçkilərdə iştirak etmək hüququ qazanıb.

5 saylı Şahbuz-Babək Seçki Dairəsinin Babək rayonunun Sirab kəndində yerləşən 5-26 və Cəhri kəndindəki 5-31 saylı seçki məntəqələrində də seçicilər mütəşəkkillik nümayiş etdirilər. Məntəqələrdə heç bir qanun pozuntusu qeydə alınmayıb.

3 saylı Babək-Kəngərli-Naxçıvan Dairə Seçki Komissiyasının sədri Zahid Ələkbərov məlumat verib ki, dairənin dislokasiyasına daxil olan məntəqə seçki komissiyalarının sədr, katib və üzvləri arasında seçkiqabağı maarifləndirmə işləri aparılıb. Dairə üzrə 49 seçki məntəqəsi var. Seçki məntəqələrinin 21-i Babək, 20-si Kəngərli rayonlarında, 8-i isə Naxçıvan şəhərində fəaliyyət göstərir. Həmin məntəqələrdə seçkilərin uğurla başa çatması üçün hərtərəfli şərait yaradılıb.

7 saylı Ordubad-Culfa Seçki Dairəsi üzrə 34 min 42 seçici vardır. Onlar 52 məntəqədə səs veriblər. Məntəqələrin 45-i Ordubad rayonunun ərazisində yerləşir. Dairədə rayon üzrə 431 nəfər bələdiyyə üzvlüyünə namizəd qeydə alınıb. Onlardan 200 nəfəri seçiləcək.

Seçicilər rayon mərkəzində 5 məntəqədə səs veriblər. 7-1 saylı seçki məntəqəsində 1288 seçicinin səs verməsi üçün hərtərəfli şərait yaradılıb. 7-2 saylı seçki məntəqəsində də fəallıq müşahidə edilib.

7-25 saylı seçki məntəqəsində də heç bir qanun pozuntusu qeydə alınmayıb. Seçicilərin sərbəst şəkildə səs vermələri, öz iradələrini ifadə etmələri üçün hərtərəfli şərait yaradılıb.

6 saylı Culfa-Babək Seçki Dairəsindəki məntəqələrdən 16-sı Babək, 23-ü Culfa rayonunda yerləşir. Dairə üzrə, ümumilikdə, 34 min 555 seçici qeydə alınıb ki, bunun da 19 min 494 nəfəri Culfa rayonundandır. Onlardan 380-i ilk dəfə səs vermək hüququndan istifadə edib. Şəffaflığı təmin etmək məqsədilə 6-16, 6-17, 6-21, 6-22, 6-26 saylı məntəqələrdə veb-kameralar quraşdırılıb.

Dairənin 1464 seçicisi olan 6-16 saylı seçki məntəqəsində səhər saat 8:00-dan başlayaraq mütəşəkkillik müşahidə edilib. Seçicilər gəlib və istədikləri namizədlərə səs veriblər.

6-26 saylı Saltaq və 6-21 saylı Ərəzin kəndlərindəki seçki məntəqələrində də seçkilərin başlanmasından qısa müddət keçməsinə baxmayaraq, seçicilərin böyük bir hissəsi səs verib.

Rayon ərazisində yerləşən bütün seçki məntəqələrində seçicilər yüksək fəallıq nümayiş etdirib, hər kəs öz namizədinə səs verib. Onu da qeyd edək ki, seçki məntəqələrində sağlamlıq imkanları məhdud seçicilərin də səsvermədə iştirak etmələrinə əlverişli şərait yaradılıb.

Kəngərli rayonunda 19 min 174 seçicini əhatə edən 18 seçki məntəqəsi təşkil edilib. Saat 8:00-dan başlayaraq seçicilər seçki məntəqələrinə gəlib, sərbəst şəkildə öz seçki hüquqlarından istifadə ediblər.

3-4, 3-5, 3-6 saylı məntəqələr Qarabağlar kəndində yerləşir. Kənd mərkəzindəki 3-5 saylı məntəqədə ilk səs verənlərdən olan ağsaqqal Rafiq Ağayev seçiləcək bələdiyyə üzvlərindən daha uğurlu fəaliyyət gözlədiklərini bildirib, namizədlərə müvəffəqiyyətlər arzulayıb.

Rayon mərkəzi Qıvraq qəsəbəsindəki 3-9 saylı seçki məntəqəsində qələbəlik müşahidə edilib. Seçicilər bu məntəqədə 15 namizədi seçmək üçün binanın qarşısına toplaşıblar. Saat 10-a kimi bu məntəqə üzrə 1036 nəfər seçicinin 6,4 faizi səsvermədə iştirak edib. Eyni fəallıq 3-8 saylı və 3-17 saylı seçki məntəqələrində də müşahidə olunub.

Şahtaxtı kəndində də səhər saatlarından seçki məntəqələrinə sakinlərin axını davam edib. Kənddəki 3-12 saylı məntəqədə saat 12:00-dək seçicilərin 18,5 faizi səs verib. Seçki günü Kəngərli rayonunda müşahidə olunan fəallıq rayonda bələdiyyələrin yerli özünüidarəetmədə nə qədər mühüm funksiya daşıdığını deməyə əsas verir.

Növbəti bələdiyyə seçkiləri Şahbuz rayonunda da öz mütəşəkkilliyi ilə yadda qalıb. Məlumat üçün qeyd edək ki, 5 saylı Şahbuz-Babək Seçki Dairəsinin tərkibində olan 46 seçki məntəqəsinin 37-si daimi fəaliyyət göstərir. Həmin məntəqələrin 25-i Şahbuz, 12-si isə Babək rayonundadır. Dairə üzrə 30 min 104 nəfər seçici var. Bunun 14 min 887 nəfəri Şahbuz, 12 min 487 nəfəri Babək seçki məntəqələrində qeydə alınıb.

Şahbuz rayonunda yaşı 100-dən yuxarı olan 1 nəfər seçici vardır. 110 yaşlı Ceyran Qafarova 1 saylı Şahbuz şəhər seçki məntəqəsində səsvermə hüququndan istifadə edib.

Dairə üzrə bələdiyyə üzvlüyünə, ümumilikdə, 315 nəfərin namizədliyi irəli sürülüb. Namizədlərin 246-sı Şahbuz rayonu, 69 nəfəri isə Babək rayonu üzrə qeydə alınıb.

5-2, 5-4 və 5-5 saylı seçki məntəqələrində də səsvermə mütəşəkkil keçirilib.

Seçicilər əmindirlər ki, seçiləcək bələdiyyə üzvləri Şahbuz rayonundakı 22 bələdiyyədə yerli əhəmiyyətli məsələlərin həllinə çalışacaqlar.

1 saylı Şərur-Sədərək Seçki Dairəsinin bu rayonda 7 məntəqəsi fəaliyyət göstərir. Məntəqələrin hamısı zəruri avadanlıq və materiallarla təmin edilib. Seçki məntəqələrində səsverməyə gəlmək imkanı olmayan və bu barədə məntəqə seçki komissiyalarına əvvəlcədən müraciət etmiş ahıl vətəndaşların, qocaların və xəstələrin səs vermələri üçün də şərait yaradılıb. 1-1 saylı seçki məntəqəsində veb-kamera quraşdırılıb.

Adıçəkilən seçki məntəqəsində 1473 seçici qeydə alınıb. Səhər saatlarında qısa zamanda 120 nəfər səs verib. Digər seçki məntəqələrində də əhalinin fəallığı yüksək olub.

1-3 saylı seçki məntəqəsində 1451, 1-5 saylı seçki məntəqəsində 1440, 1-6 saylı seçki məntəqəsində isə 1487 seçici qeydə alınıb.

1-2 saylı seçki məntəqəsində 1478 nəfərin səsvermə hüquq var. Saat 10:00-dək 125 nəfər səsvermədə iştirak edib.

Bu məntəqədə ailəsi ilə birlikdə səsverməyə gəlmiş Bəxtiyar Mahmudov seçki məntəqəsində yaradılan şəraitdən razılıqla danışıb. Bildirib ki, digər seçicilər kimi o da yaradılan demokratik şəraitdən istifadə edib, sərbəst şəkildə seçdiyi namizədlərə səs verib.

Kolumbiyada zavodda qəza 5 nəfərin ölümünə səbəb oldu
Kolumbiyada zavodda qəza 5 nəfərin ölümünə səbəb oldu
XİN-in həbsdə olan sabiq idarə rəisi ev dustaqlığına buraxıldı
XİN-in həbsdə olan sabiq idarə rəisi ev dustaqlığına buraxıldı
Bakıda havaya və evin pəncərəsinə atəş açan şəxs saxlanılıb
Bakıda havaya və evin pəncərəsinə atəş açan şəxs saxlanılıb
Loading Bars
Xəbər lenti
Prezident İlham Əliyev İsveçin Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib (FOTO)
“Məşğulluğa Dəstək Layihəsi” üzrə müraciətlərin qəbuluna başlanılıb
Sorosun dəstəyi ilə hakimiyyətə gələn Paşinyan müstəqil siyasət yürüdə bilməz
Görkəmini dəyişən Sumqayıt: Şəhərin problemləri həllini tapıb (FOTO)
Bərdədə 28 yaşlı qızın xəstəxanada ölümü ilə bağlı cinayət işi başlandı
“Azərişıq”da enerji üzrə texniki itkilər açıqlanıb
Onlayn dərslər uşaqların pisixologiyasında nələri dəyişəcək?
Azərbaycanda qarğıdalı istehsalı artmaqdadır
Sentyabrın 24-də xarici valyutaların manata qarşı məzənnələri
Ermənistan atəşkəsi 69 dəfə pozub - Müdafiə Nazirliyi
Deputat: Azərbaycan torpaqlarını hərbi yolla azad etmək qərarına gəlsə, nəticə Ermənistan üçün ağır ola bilər
Ceyhun Bayramov Gürcüstana səfərə yola düşüb
ABŞ-ın Kaliforniya ştatında benzin mühərrikli avtomobillərin satışı 2035-ci ildən qadağan ediləcək
“Azərişıq”: Bu il eletrik enerjisinin texniki itkiləri 8,9 faiz səviyyəsində proqnozlaşdırılır
Kolumbiyada zavodda qəza 5 nəfərin ölümünə səbəb oldu
İsraildə ötən gün koronavirusa 6 667 yeni yoluxma halı qeydə alınıb
BMT və Britaniya 12 dekabrda iqlimə dair sammit keçirməyi planlaşdırır
"Milan"ın futbolçusu Duarte koronavirusa yoluxub
Dünyada koronavirusa yoluxanların sayı 32 milyon nəfəri ötüb
Moskvada koronavirusdan ölənlərin sayı 5 115 nəfərə çatıb
Əfqanıstanda 30-a yaxın polis öldürülüb
"Arsenal" İngiltərə Liqa Kubokunun 1/8 final mərhələsinə yüksəldi
"İnstaqram"ın işində qüsurlar yaranıb
SOCAR və BMT İnkişaf Proqramının birgə layihəsinin icra müddəti uzadılıb
Ali təhsil müəssisələrinə qəbul nəticələri açıqlanıb
Emin Həsənov: Azərbaycan Ordusu xalqımızın qüruru, dövlətimizin güvənc mənbəyidir
225 obyektdə karantin rejiminin tələbləri pozulub
Mnatsakanyanın “danışıqlara hazırıq” bəyanatı daxili auditoriyaya hesablanıb – AzTV-də MÜZAKİRƏ
David Zalkaliani: Azərbaycan ilə Gürcüstan arasındakı strateji tərəfdaşlıq münasibətləri uğurla inkişaf edir
Avropa Parlamenti demokratik proseslərə xarici müdaxilə üzrə komitə yaradıb
"Mikro dünyamızın Makro xəyalları" adlı layihənin Tovuzda təqdimat mərasimi keçirilib
Əli Əsədov: Ayrılmış vəsaitlər qənaətlə istifadə edilməlidır
Baş nazir: Bir cox hallarda büdcə təşkilatlarında izafi xərclərə yol verilir
Rusiyalı analitik: KTMT-nin heç bir üzvü təcavüzkarı dəstəkləməyi arzulamır
İranlı palata üzvü: Azərbaycan və İranın dəmiryolu potensialı ticarət əməkdaşlığını maksimum səviyyəyə çatdıra bilər
Mərkəzi Bank AYİB-lə birgə kiçik və orta biznesə dəstək göstərəcək
“Johnson & Johnson” koronavirus vaksininin sınaqlarının üçüncü mərhələsinə başlayıb
Udin təşkilatının sədri Azərbaycanda etnik azlıqlar üçün yaradılmış şəraitə görə təşəkkür edib
Kolleclərin tibb ixtisasları üzrә hazırladığı mütәxәssislәrin sayı azalıb
Ermənilər sosial şəbəkələrdə saxta profillərlə kəşfiyyat-təxribat fəaliyyəti aparırlar (FOTOFAKT)
Nazirlər Kabineti büdcə məsələlərini müzakirə edib (FOTO)
Rusiyada yeni yaranmış kiçik və orta sahibkarlıq müəssisələri vergidən azad edilib
Dövlət Komitəsi Dağıstanda həbs olunan azərbaycanlılarla bağlı açıqlama yaydı
Azərbaycanda Kosmik Məsələlər üzrə Şura yaradılıb
Ombudsman Aparatının da təmsil olunduğu Vətəndaşsızlıq məsələləri üzrə yaradılan İşçi Qrup fəaliyyətə başlayıb
Naxçıvan Qarnizonu Qoşunlarında təşkil edilən kurslar başa çatıb (FOTO/VİDEO)
Ceyhun Bayramov: Ermənistan silahlı qüvvələri iyul ayında Azərbaycanın mühüm enerji və nəqliyyat infrastrukturunu hədəf alıb
"Qarabağ - Əlil Döyüşçülər" Futbol Federasiyası Avropa 2-cisi kimi Vətənə qayıdıb (FOTO)
Daha bir şirkətin vəzifəli şəxsinin qanunsuz əməlləri ifşa edildi - Baş Prokurorluq
Azercell abunəçilərinə hədiyyə balans qazandırır!
Prezident İlham Əliyev: Balaxanı və Bibiheybət dünyanın ən qədim neft mərkəzləridir
Prezident İlham Əliyev: Azərbaycanda neft insanların rifah halının yaxşılaşmasına xidmət göstərir
Azərbaycanda 660 milyon kubmetr su ehtiyatının yaradılması gözlənilir
Ombudsman Şimali Kipr Türk Respublikasının ölkəmizə yeni təyin olunmuş nümayəndəsini qəbul edib
Təhsil müəssisələrində koronavirusa yoluxma ilə bağlı son vəziyyət açıqlandı (FOTO)
Bakı və Abşeron yarımadasında ağacların quruma səbəbi araşdırılır (FOTO/VİDEO)
Bakı, Gəncə və Qəbələ YUNESKO-nun Öyrənən Şəhərlər üzrə Qlobal Şəbəkəsinə üzv seçilib (FOTO)
BMT Baş katibinin qlobal atəşkəs çağırışı fonunda Ermənistanın müharibə hazırlıqları - TƏHLİL
Unibank kart məlumatlarının təhlükəsizliyi ilə bağlı maarifləndirici videoçarx hazırlayıb
Rayonlara həftəsonu avtobuslarla turların təşkilinə icazə verilsin - TƏKLİF
Vyaçeslav Volodin: Rusiya Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir
Azərbaycanda 146 nəfər koronavirusa yoluxdu, 173 nəfər sağaldı, 2 nəfər vəfat etdi
Sahibə Qafarovanın Vyaçeslav Volodin ilə görüşü olub (FOTO) (ƏLAVƏ OLUNUB)
Sentyabrın 24-də manatın dollara qarşı məzənnəsi
COVİD-19 pandemiyasından zərər çəkmiş bizneslərə PAŞA Bankdan dəstək (VİDEO)
Bakı-Quba yolunda təmir işlərinə başlandı
Koronavirusla Mübarizəyə Dəstək Fondunun İctimai Nəzarət Şurasının iclası keçirilib (FOTO)
Heydər Əliyev Fondu ilk gündən dövlət tərəfindən görülən işlərə öz dəstəyini göstərir (MÜSAHİBƏ)
İsrailin şəhər meri: Azərbaycanın tolerant ölkə olmasına heç bir şübhə yoxdur
"Cimerlik.az" portalı fəaliyyətini dayandırıb
Azərbaycanda koronavirusa görə vaksinlər ilk kimlərə vurulacaq? – TƏBİB açıqladı
Rasim Quliyev: Sülh istəyirsənsə, müharibəyə hazır olmalısan (MÜSAHİBƏ) (VİDEO)
Azərbaycanda əhalinin 10 faizi üçün vaksin əldə edilməsi razılaşdırılıb
ASAN xidmət çimərliklərdəki monitorinqin nəticələrini açıqladı (FOTO)
Prezident İlham Əliyev: İkinci mərhələ Bibiheybət qəsəbəsinin abadlaşdırılmasıdır
Azərbaycan Prezidenti: Hər bir qəsəbədə aparılan abadlıq işləri gərək yerli sakinlərlə də müzakirə olunsun
Asiya İnkişaf Bankı Azərbaycandakı layihələrə 5,2 milyard dollardan çox kredit ayırıb (FOTO)
Parisdə bomba həyəcanı - Eyfel qülləsi bağlandı
Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının iclası keçirilib
Vaksinlərin hazırda Azərbaycanda istehsalı mümkün görünmür - Ramin Bayramlı
TƏBİB: Hazırda Azərbaycanda koronavirusla bağlı vəziyyət stabildir
Ramin Bayramlı: Azərbaycanda koronavirusa qarşı peyvəndlə bağlı strategiya hazırlanır
Prezident İlham Əliyev: Balaxanı dünya mətbuatında özünə yer tapıb və bu, hələ başlanğıcdır
Dilorom Fayziyeva: Beynəlxalq təşkilatlarda Azərbaycanın güclü və müstəqil yeri var (FOTO)
Peşə təhsili pilləsi üzrə müəllimlərin işə qəbuluna başlanılır (FOTO)
Paytaxtda abadlaşdırılan növbəti həyətlər sakinlərin istifadəsinə verilib (FOTO)
AZAL Ankara və Antalya şəhərlərinə xüsusi reyslər həyata keçirməyə başlayır
İsrail mediasında dağ yəhudilərinin Azərbaycandakı ilk muzeyindən bəhs edilib
Prezident İlham Əliyev: Balaxanı kəndinin yeni dövrü başlayır
Mövsüm dəyişikliyi ilə bağlı xəstəliklərdən necə qorunaq?
İranda bir gündə 184 nəfər koronavirusdan ölüb
Naxçıvana yeni ambulanslar verilib
Milli Məclisin deputatı Sevil Mikayılova seçiciləri ilə növbəti onlayn qəbul keçirib (FOTO)
Ali məktəblərə müsabiqədənkənar qəbul olunanların sayı açıqlanıb
Naqif Həmzəyev: Azərbaycan müstəqil mövqeyi olan dövlət olduğunun bir daha nümayiş etdirdi
Sahibə Qafarova: Paşinyanın açıqlamaları münaqişənin sülh yolu ilə həll üçün dünya birliyinin bütün səylərini puç edir
“SOCAR Enerqoresurs” və Tümen vilayəti arasında saziş imzalanıb
Direktor vəzifəsinə işə qəbul üzrə müsabiqəyə start verilir
BMT Tribunasından səslənən Azərbaycanda siyasi dialoq faktı
Baş prokuror yanında Elmi-Məsləhət Şurasının iclası keçirilib (VİDEO)
Bütün xəbərlər