...

Əli Əhmədov: YAP-a əhali arasında rəğbət artır

Siyasət Materials 24 Dekabr 2019 12:14 (UTC +04:00)
Ötən gün Azərbaycanda növbəti bələdiyyə seçkiləri keçirilib və Yeni Azərbaycan Partiyası da bu seçkilərdə iştirak edib.
Əli Əhmədov: YAP-a əhali arasında rəğbət artır

Bakı. Elçin Mehdiyev – Trend:

Ötən gün Azərbaycanda növbəti bələdiyyə seçkiləri keçirilib və Yeni Azərbaycan Partiyası da bu seçkilərdə iştirak edib.

Trend-in məlumatına görə, bunu Yeni Azərbaycan Partyasının (YAP) Sədr müavini - İcra katibi Baş nazirin müavini Əli Əhmədov YAP-ın təşkilatçılığı ilə keçirilən "Təhsilin inkişaf strategiyası: nailiyyətlər və əsas hədəflər" mövzusunda konfransda deyib.

Ə.Əhmədov bildirib ki, Mərkəzi Seçki Komissiyası tərəfindən ilkin nəticələr elan olunub:

“Lakin bizim seçki məntəqələrində apardığımız müşahidələrə əsasən deyə bilərəm ki, YAP-ın bələdiyyə seçkilərində namizədləri seçicilərin çoxunun dəstəyini qazanıb. İnsanların rifahının yaxşılaşması ilə əlaqədar Prezidentin təşəbbüsü ilə böyük sosial layihələrin həyata keçirilməsi insanlar tərəfindən yüksək qiymətləndirilir və YAP-a əhali arasında rəğbət artırır”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti