...

Deputatlığa namizəd Məşhur Məmmədovun seçicilərlə növbəti görüşü keçirilib

Siyasət Materials 30 Yanvar 2020 18:44 (UTC +04:00)

Bakı. Trend:

Yeni Azərbaycan Partiyasının 70 saylı Masallı şəhər seçki dairəsindən deputatlığa namizədi Məşhur Məmmədovun seçicilərlə növbəti görüşü keçirilib.

Trend-in məlumatına görə, görüşü açan YAP Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev bildirib ki, YAP seçkilərə “Daha güclü Azərbaycan naminə!” şüarı ilə gedir.

Deputatlığa namizəd Məşhur Məmmədov çıxışında partiyanın seçki proqramı haqqında ətraflı məlumat verib.

Görüşdə iştirakçılarından Əyyub Mehdiyev, Rəhimə Şahmirzəyeva, Mehdi Orucov, Şahüseyn Hüseynov, Ələkbər Dadaşov və başqaları çıxış edərək seçkilərdə YAP-ın namizədinə səs verəcəklərini bildiriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti