...

Elxan Ələsgərov: Paşinyan Qarabağla bağlı populist çıxışları ilə ATƏT Minsk qrupu həmsədrlərini zərbə altında qoyub

Siyasət Materials 31 Yanvar 2020 10:50 (UTC +04:00)
Ermənistanın indiki rəhbərliyinin populist bəyanatları adətən bir məqsəd daşıyır - Ermənistanda çox olan daxili siyasi problemlərin həlli
Elxan Ələsgərov: Paşinyan Qarabağla bağlı populist çıxışları ilə ATƏT Minsk qrupu həmsədrlərini zərbə altında qoyub

Bakı. Mətanət Nəsibova - Trend:

Ermənistanın indiki rəhbərliyinin populist bəyanatları adətən bir məqsəd daşıyır - Ermənistanda çox olan daxili-siyasi problemlərin həlli. Bu baxımdan Nikol Paşinyanın mətbuat prosesində səsləndirdikləri növbəti dəfə bunu təsdiq edib.

Bunu Trend-ə “Baku Network” Ekspert şurasının direktoru, fəlsəfə doktoru Elxan Ələsgərov deyib.

Ekspert xatırladıb ki, baş nazir Nikol Paşinyanın sözlərinə görə, Serj Sarkisyanın rəhbərliyi dövründə danışıqlar masasında olan Qarabağ məsələsinin nizamlanması barədə sənəddə Ermənistanın Azərbaycanın işğal olunmuş yeddi rayonunun qaytarmalı olduğu qeyd olunmuşdu.

E.Ələsgərov vurğulayıb ki, bununla da N.Paşinyan öz rəqiblərini, S.Sarkisyan daxil olmaqla “Qarabağ klanı”nı erməni qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxaırlmasına razılaşmaqda günahlandırıb:

“Aydındır ki, Paşinyan müxtəlif xarakterli sosial-iqtisadi problemlərin, o cümlədən Rusiya qazının alınması bağlı məsələnin həll olunmasını istəyir və paralel olaraq Sarkisyanın tərəfdarlarını, Qarabağ klanını öz tərəfinə çəkmək istəyir. Bununla da o, öz xalqının diqqətini iqtisadi problemlərdən siyasi gündəliyə yönəltmək istəyir”.

Daha sonra ekspert ATƏT Minsk qrupu həmsədrlərinin erməni baş nazirin bəyanatına mənfi reaksiyasını qeyd edib və bunu əsaslı adlandırıb:

“ATƏT Minsk qrupu həmsədrlərinin narazılığı tamamilə əsaslıdır, çünki erməni baş nazir öz bəyanatı ilə təkcə danışıqlar prosesinə deyil, həm də beynəlxalq vasitəçilərin uzun illər boyunca formalaşan mövqeyinə zərbə vurub. Fikrimcə, Paşinyan bu bəyanatı ilə ATƏT Minsk qrupu həmsədrlərini zərbə altında qoyub. Fikirləşirəm ki, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü çərçivəsində ATƏT Minsk qrupu həmsədrləri erməni nazirə narazılıqlarını bildiriblər”.

http://bakunetwork.com

Bizə Twitter və Facebook-da qoşulun https://twitter.com/BakuNetwork

https://www.facebook.com/BakuNetwork

Youtube channel: https://www.youtube.com/channel/UCp5ic7mhc6rZF6w0TQWqtm

Məqalədə:
Xəbər lenti

Xəbər lenti