...

Tamam Cəfərova 3 gündə 11 kənddə seçicilərlə görüşüb (FOTO)

Siyasət Materials 3 Fevral 2020 18:15 (UTC +04:00)

Bakı. Trend:

85 saylı Şamaxı seçki dairəsindən deputatlığa namizəd Tamam Şaməmməd qızı Cəfərovanın təbliğat-təşviqat kampaniyası uğurla davam edir.

Trend-in məlumatına görə, Tamam Cəfərova son 3 gündə Şərədil, Sağyan, Şirvan, II Çaylı, II Cabanı, Həmyəli, Qonaqkənd, Əngəxaran, Məlhəm, Dədəgünəş, Çağan kəndlərinin sakinləri ilə görüş keçirib.

Tamam Cəfərova səlahiyyətli nümayəndələr, vəkillər və könüllülərlə birgə günümüzədək ümumilikdə 40-dan çox kənddə seçicilərlə görüşüb.

Seçicilərilə geniş tərkibli görüşlər keçirən Tamam Cəfərova sakinlərlə əhatəli söhbət aparıb, ölkəmizdə cənab Prezidentin apardığı uğurlu sosial-iqtisadi və sturuktur islahatlarından söz açıb, vətəndaşların bütün problemlərini dinləyib, həlli ilə bağlı qarşıda duran məsələləri müzakirə edib.

İstisnasız olaraq bütün kəndlərdə seçicilərlə görüşən Tamam Cəfərova şəhid məzarlarını ziyarət edib, şəhid ailələrinə baş çəkib, problemləri ilə maraqlanıb.

Tamam Cəfərova mütəmadi olaraq rayon ağsaqqalları, rayon gəncləri, rayon ictimaiyyəti ilə də görüşlər keçirir, onların problemlərini və təkliflərini dinləyir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti