...

Deputatlığa namizəd Sevil Mikayılova seçicilərlə növbəti görüş keçirib (FOTO)

Siyasət Materials 5 Fevral 2020 10:52 (UTC +04:00)
Fevralın 9-da Azərbaycan Respublikasının Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təbliğat-təşviqat kampaniyası çərçivəsində 56 saylı Xaçmaz kənd seçki dairəsindən deputatlığa namizəd Sevil Mikayılova seçiciləri ilə görüşlərini müvəffəqiyyətlə davam etdirir.
Deputatlığa namizəd Sevil Mikayılova seçicilərlə növbəti görüş keçirib (FOTO)

Bakı. Elçin Mehdiyev - Trend:

Fevralın 9-da Azərbaycan Respublikasının Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təbliğat-təşviqat kampaniyası çərçivəsində 56 saylı Xaçmaz kənd seçki dairəsindən deputatlığa namizəd Sevil Mikayılova seçiciləri ilə görüşlərini müvəffəqiyyətlə davam etdirir.

Trend-in məlumatına görə, S.Mikayılova bu dəfə seçki dairəsinə daxil olan Uzunoba kənd sakinləri ilə görüşüb, həmçinin kənddə yaşayan şəhid ailəsini ziyarət edib. O, şəhidlərin vətənimzin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarını qurban verdiklərini bildirərək şəhidlərimizin xatirəsinin hər zaman Azərbaycan xalqı tərəfindən əziz tutulduğunu diqqətə çatdırıb.

Seçicilər S.Mikaylovanı xoş münasibətlə qarşılayıb və görüş zamanı aktivlik nümayiş etdiriblər. Görüşdə ölkəmizdə gedən inkişaf prosesi, hərtərəfli islahatlar haqqında müzakirələr aparılıb, seçiciləri maraqlandıran məsələlər dinlənib və onların sualları cavablandırılıb.

Görüşdə deputatlığa namizəd S.Mikayılova Prezident İlham Əliyev tərəfindən reallaşdırılan hərtərəfli inkişaf strategiyası, aparılan genişmiqyaslı islahatlar, regionların dinamik inkişafı haqqında ətraflı məlumat verib. O qeyd edib ki, bu islahatlar ölkəmizin hərtərəfli inkişafını təmin etməklə yanaşı, insanlarımızın sosial rifahının və həyat şəraitinin yüksəlməsinə xidmət edir. S.Mikayılova vurğulayıb ki, bu gün hər bir Azərbaycan vətəndaşı ölkəmizin inkişafının müsbət təsirlərini öz həyatında hiss edir.

Ölkəmizin sosial-iqtisadi inkişafının Xaçmaz raynonunda da özünü aydın şəkildə biruzə verdiyini vurğulayan deputatlığa namizəd qeyd edib ki, Xaçmaz rayonunda və onun kəndlərində həyata keçirilən abadlıq-quruculuq işləri, infrastruktur layihələri insanların rahat həyat şəraitini təmin etməklə yanaşı, rayonunun qarşıdakı illərdə də inkişafı üçün möhkəm zəmin yaradıb.

Görüşlər zamanı çıxış edən seçicilər də deyilən fikirlərlə razı olduqlarını bildirblər, həyat şəraitlərinin yaxşılaşdığını diqqətə çatdırıblar. Onlar Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən aparılan genişmiqyaslı quruculuq işlərini yüksək qiymətləndiriblər.

Seçicilər, həmçinin deputatlığa namizəd S.Mikayılovanın onların etimadını doğruldacağına inam ifadə ediblər və 9 fevralda ona səs verəcəklərini diqqətə çatdırıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti