...

Seçkilərdə veb-kameraların hazır vəziyyətə gətirilməsi başa çatdırılıb

Siyasət Materials 5 Fevral 2020 16:30 (UTC +04:00)
Azərbaycanda məntəqələrin təxminən 20 faizə qədərində, yəni 1000 məntəqədə vebkamera quraşdırılıb.
Seçkilərdə veb-kameraların hazır vəziyyətə gətirilməsi başa çatdırılıb

Bakı. Elçin Mehdiyev – Trend:

Azərbaycanda məntəqələrin təxminən 20 faizə qədərində, yəni 1000 məntəqədə veb-kamera quraşdırılıb.

Trend-in məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədr müavini Rövzət Qasımov MSK-nın bu gün keçirilən iclasında deyib.

MSK sədrinin müavini qeyd edib ki, veb-kameraların yoxlanılması, hazır vəziyyətə gətirilməsi başa çatdırılıb: “Bununla bağlı texniki və digər işlər görülüb”.

Onun sözlərinə əsasən, 119 seçki dairəsi üzrə 1000 veb-kamera quraşdırılıb. İclasda veb-kamera qoyulan məntəqələrin siyahısının dərc edilməsi ilə bağlı qərar qəbul edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti