...

Şanxay Əməkdaşlıq Təşkilatı: Parlament seçkilərində yerli müşahidəçilərin sayı səsvermənin şəffaflığını təsdiq edir

Siyasət Materials 10 Fevral 2020 11:36 (UTC +04:00)
Seçkilərə hazırlıq səviyyəsi heyranlıq doğurur
Şanxay Əməkdaşlıq Təşkilatı: Parlament seçkilərində yerli müşahidəçilərin sayı səsvermənin şəffaflığını təsdiq edir

Bakı. İlkin Seyfəddini - Trend:

Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) missiyası Azərbaycanda parlament seçkilərini legitim, şəffaf və düzgün hesab edir.

Trend-in məlumatına görə, bunu ŞƏT missiyasının rəhbəri Şerali Cononov deyib.

O bildirib ki, seçki məntəqələrində seçicilərin barmağına vurulan görünməz boyanın yoxlanılması üçün ultrabənövşəyi detektorlardan istifadə olunub:

“MSK-nın saytında, eləcə də qurumun məlumat mərkəzlərində seçki məntəqələrinin, komissiyaların tərkibləri barədə məlumatlar yerləşdirilib. Seçki komissiyaları bülletenlərlə, çap materialları ilə və digər zəruri avadanlıqla təchiz olunub”.

Ş.Cononovun sözlərinə görə, beynəlxalq müşahidəçilərin dəvət olunması parlament seçkilərinin açıqlığı, şəffaflığı və demokratikliyini təmin edir:

“Missiya Bakıda, Abşeron yarımadasının yaşayış məntəqələrində, Gəncə, Sumqayıt, Şirvanda və ətraf ərazilərdə müşahidə aparıb. ŞƏT missiyasının üzvləri gün ərzində 204 seçki məntəqəsində olub. Missiya Azərbaycan MSK-nın gördüyü işi müsbət qiymətləndirir. MSK-nın fəaliyyəti ixtisaslaşmış, şəffaf, açıq və müstəqil xarakter daşıyırdı. Missiya vurğulayır ki, parlament seçkiləri ölkənin qanunvericiliyinə, eləcə də beynəlxalq standartlara uyğun keçirilib. Missiya Azərbaycanda parlament seçkilərini legitim, şəffaf və düzgün hesab edir və Azərbaycan xalqını təbrik edir”.

Qeyd edәk ki, fevralın 9-da Azәrbaycanda növbәdәnkәnar parlament seçkilәri keçirilib. Seçkilərdə 1314 nəfər namizəd iştirak edib.

Səsvermə hüququna malik 5 212 902 nəfər seçicidən 2 547 982 seçici səs verib. Seçici fəallığı 47.81 faiz təşkil edib.

Ən aktiv seçki dairəsi 1 saylı Şərur-Sədərək Seçki Dairəsi olub ki, burada seçici fəallığı 76,1 faiz (37 min 970 seçicidən 29 419 nəfər), ən passiv dairə olan 17 saylı Yasamal 3-cü Seçki Dairəsində isə seçici fəallığı 17,84 faiz (30 min 534 seçicidən 5 min 447 nəfər) təşkil edib.

Seçkilərin gedişini 883 beynəlxalq və 77 790 yerli müşahidəçi izləyib. Yerli müşahidəçilərdən 35 152-i siyasi partiyaların müşahidəçiləri olub. Beynəlxalq müşahidəçilər 58 ölkəni və 59 təşkilatı təmsil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti