...

İran və Çinin xarici işlər nazirləri Münxendə nüvə sazişini müzakirə ediblər

Siyasət Materials 15 Fevral 2020 01:11 (UTC +04:00)
İran və Çinin xarici işlər nazirləri Məhəmməd Cavad Zərif və Vanq Yi Münxendə fevralın 14-də nüvə razılaşması və koronavirus mövzularını müzakirə ediblər
İran və Çinin xarici işlər nazirləri Münxendə nüvə sazişini müzakirə ediblər

Bakı. Trend:

İran və Çinin xarici işlər nazirləri Məhəmməd Cavad Zərif və Vanq Yi Münxendə fevralın 14-də nüvə razılaşması və koronavirus mövzularını müzakirə ediblər.

Trend-in məlumatına görə, bu barədə İran Xarici İşlər Nazirliyinin "Telegram"-kanalında verilən açıqlamada deyilib.

Məlumatda bildirilir ki, Münhen Təhlükəsizlik Konfransı çərçivəsində keçirilən görüşdə İran və Çinin xarici işlər nazirləri həmçinin Birgə Hərtərəfli Fəaliyyət Planı, General Süleymaninin ölümü və Ukrayna təyyarəsi ilə bağlı fikir mübadiləsi aparıblar.

Məhəmməd Cavad Zərif çinli həmkarına virusun episentri olan Vuhan şəhərindən iranlı tələbələrin evakuasiya edilməsində köməyə görə təşəkkür edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti