Vüqar Rəhimzadə: Ümumavropa Qarabağ mitinqi Azərbaycan həqiqətlərinin təbliğinə böyük dəstək olacaq

Vüqar Rəhimzadə: Ümumavropa Qarabağ mitinqi Azərbaycan həqiqətlərinin təbliğinə böyük dəstək olacaq

Bakı. Trend:

Fevralın 22-də Almaniyada Ümumavropa Qarabağ mitinqinin keçirilməsi təşəbbüsü Azərbaycan diaspor təşkilatlarının həqiqətlərimizin təbliği istiqamətində həyata keçirdikləri tədbirlərin, göstərdikləri səylərin tərkib hissəsidir. Reallıqlarımızın, xüsusilə 1988-ci ildə işğalçı Ermənistanın əsassız torpaq iddiası nəticəsində yaranan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin əsl mahiyyətinin dünya ictimaiyyətinə çatdırılması Azərbaycan diplomatiyasının qarşısında dayanan əsas vəzifələrdəndir. Bir mühüm məqamı da nəzərə alsaq ki, yaxın günlərdə XX əsrin ən dəhşətli faciəsi olan Xocalı soyqırımının 28-ci ildönümünü qeyd edəcəyik, belə tədbirlərin keçirilməsinin əhəmiyyəti daha aydın şəkildə dərk olunar.

Bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü, «İki sahil» qəzetinin baş redaktoru Vüqar Rəhimzadə Trend-ə açıqlamasında bildirib.

Azərbaycanın davamlı diplomatik uğurlarından bəhs edən V.Rəhimzadə qeyd edib ki, bu uğurlarımız dövlətimizin düşünülmüş və məqsədyönlü siyasətinin nəticəsidir. Prezident İlham Əliyev daim çıxışlarında bir çağırışı edir ki, Dağlıq Qarabağ gündəlik işimiz olmalıdır. Münaqişə ilə bağlı bütün həqiqətlər, erməni yalanları faktlar əsasında dünya ictimaiyyətinin diqqətinə çatdırılmalıdır. Məhz uğurlu xarici siyasətin nəticəsidir ki, dünya dövlətlərinin, beynəlxalq təşkilatların qəbul etdikləri qərar və qətnamələrdə Azərbaycanın ədalətli mövqeyi dəstəklənir, Ermənistanın işğalçılıq siyasəti pislənilir. Bu günlərdə 56-cı Münxen Təhlükəsizlik Konfransı çərçivəsində dövlətimizin başçısı İlham Əliyevin və Ermənistanın baş naziri Nikol Paşinyanın iştirakı ilə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı panel müzakirələr də Ermənistanın bu günə qədər apardığı yalan təbliğatlara işıq salmaqla yanaşı, tarixin saxtakarlıq sevmədiyini, faktlara əsaslandığını bir daha işğalçı dövlətin rəhbərliyinə diktə etdi.

V.Rəhimzadə bildirib ki, təbliğatı real həqiqətlərə, tarixi faktlara beynəlxalq hüquq norma və prinsiplərinə əsaslanan Azərbaycan dövləti daim bu istiqamətdə səylərini gücləndirir, diplomatik mübarizədə qələbəni Dağlıq Qarabağ probleminin ədalətli həllində vacib amil kimi diqqətdə saxlayır:

"Təbliğat işinin yüksək səviyyədə qurulmasında Azərbaycanın Birinci-vitse prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın, eyni zamanda, Heydər Əliyev Fondunun vitse-prezidenti, İslam Konfransı Gənclər Forumunun Mədəniyyətlərarası Dialoq üzrə baş əlaqələndiricisi Leyla xanım Əliyevanın xidmətlərini yüksək qiymətləndiririk. Heydər Əliyev Fondu tərəfindən Dağlıq Qarabağ həqiqətləri ilə bağlı hazırlanan vəsaitlər-kitablar, albomlar, videodisklər dünyanın müxtəlif ölkələrində təbliğat vasitəsi kimi istifadə edilir. Bu vəsaitlər müxtəlif dillərdə tərcümə və təbliğ edilir. Heydər Əliyev Fondunun vitse-prezidenti, İslam Konfransı Gənclər Forumunun Mədəniyyətlərarası Dialoq üzrə baş əlaqələndiricisi Leyla xanım Əliyevanın təşəbbüsü ilə başlanmış “Xocalıya ədalət-Qarabağa azadlıq!” kampaniyası da təqdirəlayiq təşəbbüslərdəndir. Bu kampaniya çərçivəsində dünyanın müxtəlif ölkələrində silsilə tədbirlər keçirilir, ermənilərin vəhşilikləri faktlarla beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılır. Tədbirlərin əhəmiyyəti əldə olunan nəticələrdən də aydın görünür".

V.Rəhimzadə bildirib ki, Ümumdünya Qarabağ mitinqi də bu kimi tədbirlərin davamı olaraq Azərbaycan həqiqətlərinin, Dağlıq Qarabağ münaqişəsinin əsl mahiyyətinin dünya ictimaiyyətinə çatdırılmasına böyük dəstək olacaq. Təbii ki, hər bir tədbir mahiyyəti baxımından xüsusi diqqət çəkir. Bu gün harada yaşamasından asılı olmayaraq bütün dünya azərbaycanlıları bir amal-azərbaycançılıq ideyası ətrafında sıx birləşərək 30 ildən artıq davam edən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllinə, dövlətimizin həyata keçirdiyi məqsədyönlü siyasətə, ölkəmizin ərazi bütövlüyünün bərpası istiqamətində atılan addımlara öz töhfəsini verməlidir.

Milli Məclisin növbəti iclasının vaxtı məlum oldu
Milli Məclisin növbəti iclasının vaxtı məlum oldu
İtaliya nümayəndə heyəti Ağdamda səfərdə olub (FOTO)
İtaliya nümayəndə heyəti Ağdamda səfərdə olub (FOTO)
Paşinyanın söylədiyi heç bir fikir şərh olunmağa belə layiq deyil - XİN
Paşinyanın söylədiyi heç bir fikir şərh olunmağa belə layiq deyil - XİN
Loading Bars
Xəbər lenti
230 tender və 1061 kotirovka sorğusunun nəticələri ləğv edilib (FOTO)
Sabah 28 dərəcəyədək isti olacaq
SOCAR bu ilin I rübündə qazma, hasilat, emal və ixrac göstəricilərini açıqlayıb
Kapital Bank 2021-ci ilin I rübünün nəticələrini elan edib
Xroniki xəstəliyi olan insanlar oruc tutarkən ehtiyatlı olmalıdır - Nazirlik
Milli Məclisin növbəti iclasının vaxtı məlum oldu
Koronavirusdan qorunmaq üçün xüsusi qida var? - Səhiyyə Nazirliyindən açıqlama
Yaxın vaxtlarda şəhid ailələri və qazilər üçün növbəti yaşayış kompleksinin açılışı olacaq
DİN dövriyyədən 68 kiloqram narkotik vasitə çıxarıb (FOTO/VİDEO)
Azərbaycanda qızıl və gümüş bahalaşıb
Bir neçə ölkədən quş əti idxalı dayandırılıb
Hindistanda koronavirusa yoluxma və ölüm hallarında ən yüksək göstərici qeydə alınıb
Minaya düşən hərbi qulluqçumuz şəhid olub
Eldar Quliyev həyat yoldaşının yanında dəfn olunacaq - Nazirlik
Balakəndə koronavirus xəstəsinə cinayət işi açılıb
Ötən gün borca görə 18 nəfər saxlanılıb
İmişlidə müştərilərə qəlyan təklif edən çay evi aşkarlanıb
2342 şəhid ailəsinə vəsiqə verilib
Türkiyədə kriptovalyutanın istifadəsi qadağan olundu
Yaxın günlərdə müharibə əlillərinə avtomobillərin verilməsinə başlanılacaq
Xəzər rayonunda Vətən müharibəsi şəhidlərinin ailələri ziyarət olunur
Yunanıstanın qaz idxalında Azərbaycanın payı açıqlanıb
"8 Noyabr" prospektində yenidənqurma işləri aparılır (VİDEO)
AZAL-ın Müşahidə Şurasının ilk iclası keçirilib (FOTO)
ABŞ-da atışma - Ona yaxın ölü, çoxlu yaralı var
Vergi Xidməti kartlardan böyük məbləğdə vəsaitin tutulmasına aydınlıq gətirib
Azərbaycanda süni intellekt sahəsində beynəlxalq konfrans keçiriləcək
Saatlıda gecə saatlarında işləyən çayxana aşkarlanıb
Dünyada koronavirusdan ölənlərin sayı 3 milyonu ötdü
Yasamalda ağaclar düzgün budanmayıb - ETSN (FOTO)
Lənkəranda qaçırılan avtomobil Masallıda tapıldı (FOTO)
Xalq artisti Eldar Quliyev vəfat edib
SOCAR qaz anbarlarının doldurulmasının başlayacağı vaxtı açıqlayıb
BDYPİ Rusiyaya gedən yük maşınlarına xəbərdarlıq etdi - Cəriməsi olanlar buraxılmaycaq
2021-ci il İslam Həmrəylik Oyunları təxirə salına bilər
Azərbaycan neftinin qiyməti 66 dolları ötüb
Ötən gün 13 nəfər xilas edilib - FHN-nin əməliyyat görüntüləri (VİDEO)
Bu il 17,6 min pensiya, müavinət və təqaüd təyinatı elektron qaydada aparılıb
İtaliya nümayəndə heyəti Ağdamda səfərdə olub (FOTO)
Azər Türk Bank birinci rübü mənfəətlə başa vurub
Ötən gün evini tərk edən daha 10 koronavirus xəstəsi saxlanıldı
Sahibsiz iti vurmaq istəyərkən 13 yaşlı oğlanı güllələyib öldürdü
Mingəçevir Dövlət Universitetinin gənc əməkdaşları peyvənd olunublar (FOTO)
Kapital Bank və “Qırmızı Ürəklər” şəhidlərin xatirəsinə ağac əkiblər
Ağdam rayonunun Bağbanlar kəndi (VİDEO)
Paşinyanın söylədiyi heç bir fikir şərh olunmağa belə layiq deyil - XİN
Lənkəranda qadını vurub öldürən sürücü saxlanıldı (FOTO)
Mingəçevir Dövlət Universitetinin rektoru Tələbə Gənclər Təşkilatının fəal üzvləri ilə görüşüb (FOTO)
Aprelin 16-da xarici valyutaların manata qarşı məzənnələri
Bu gün növbəti buraxılış imtahanları keçiriləcək
Qazaxıstanda son sutkada koronavirusa 2 656 nəfər yoluxub
Vətən müharibəsi zamanı beynəlxalq ictimaiyyət bir daha erməni barbarlığının şahidi oldu - Pərvin Kərimzadə
ATƏT Minsk Qrupu həmsədrlərinin turistik diplomatiya sevdası yenidən baş qaldırıb - TƏHLİL
Rusiya Böyük Britaniya ilə aviaəlaqənin dayandırılmasını uzadır
Bayden Cənubi Koreya prezidentilə mayda Vaşinqtonda görüşəcək
Pentaqon Qara dənizə iki esminesini göndərmək planını dəyişib
İsrail Qəzza zolağında HƏMAS-ın mövqelərinə zərbələr endirib
İraqın Mosul şəhərində dağıntılar altından 1,59 milyon dollar, kiloqramlarla qızıl və gümüş tapılıb
Futbol üzrə Avropa Liqası yarımfinalının komandaları məlum oldu
Portuqaliyanın paytaxtında cüdo üzrə Avropa çempionatına start verilir
Daşkəsəndə yol polisi reyd keçirib (FOTO)
Rusiya üç Polşa diplomatını ölkədən xaric edəcək
Dünyada koronavirusa yoluxanların sayı 135,6 milyonu ötüb - ÜST
Bakıda özünü dənizə atan şəxs xilas edilib
Sabirabadda ikimərtəbəli evdə yanğın olub
Polşa üç Rusiya diplomatını “persona non qrata” elan edib
Azərbaycanlıların Türkiyədə daşınmaz əmlak alışı azalıb
Türkiyədə son sutkada koronavirusdan 54 894 nəfər sağalıb
Ağdamda 3 min hektara yaxın ərazi minalardan təmizlənib
Zəngəzur dəhlizi regionun sosial-iqtisadi rifahına, sülh və təhlükəsizliyə birbaşa təsir edəcək - Deputat
ADA Universitetində Virtual Karyera Sərgisi keçirilir
“Əsas Məsələ”də Aleksandr Lukaşenkonun Azərbaycana səfəri müzakirə olunub (VİDEO)
Rusiya şirkəti Azərbaycana kənd təsərrüfatı texnikası tədarük edəcək
Azərbaycanla Özbəkistan arasında əməkdaşlıq bütün sahələrdə uğurla inkişaf edir - Milli Məclisin Sədri (FOTO)
Sahibə Qafarova Qazaxıstan Parlamenti Senatının sədri ilə görüşüb (FOTO)
Prezident İlham Əliyev Cibutinin dövlət başçısını təbrik edib
Ermənistan yenə də tarixlə mifologiyanı qarışıq salır - Leyla Abdullayeva
“BakuBus” Məhdud Məsuliyyətli Cəmiyyətinin Müşahidə Şurasının ilk iclası keçirilib (FOTO)
Ramazanın 3-cü gününün duası, imsak və iftar vaxtı
Milli Məclisin Sədri Sahibə Qafarova Sankt-Peterburqda Beynəlxalq konfransda çıxış edib (FOTO)
“myGov” mobil tətbiqinin yeni imkanları ictimaiyyətə təqdim edilib (FOTO)
Naxçıvan Qarnizonu Qoşunlarında komandir hazırlığı sistemində növbəti məşğələlər keçirilib (FOTO/VİDEO)
Auditorlar Palatası üzvləri “Tərəqqi” medalı ilə təltif edildi
Bakıda ictimai təşkilatın ofisindən oğurluq edən şəxslər saxlanılıb (FOTO/VİDEO)
Dövlət Gömrük Komitəsinin sədri Erkan Özoral ilə görüşüb
İspaniya Azərbaycanın neft-kimya sektorunda yeni layihələrdə iştirak etməyə hazırdır - XİN
YAP Gənclər Birliyi Ümummilli Lideri Heydər Əliyevin məzarını ziyarət edib (FOTO)
Azərbaycan XİN ATƏT-in Minsk Qrupu həmsədrlərinin bəyanatına münasibət bildirib
Dini etiqad azadlığı sahəsində qanunvericilik təkmilləşdirilir
“Dərs vaxtı”nda cədvələ uyğun mövzular təqdim olunub
İqtisadiyyat naziri Türkiyənin Azərbaycandakı səfiri ilə görüşüb (FOTO)
Bakıda 8 marşrutun istiqaməti dəyişdirildi
İraqda partlayış törədilib
AQTA 20 müəssisədə kobud pozuntular aşkarlayıb - SİYAHI
Payızlıq əkinlə bağlı fermerlərə subsidiyanın verilməsinin yekunlaşacağı vaxt AÇIQLANDI
Azərbaycanda hamilə qadınlar fol turşusu və dəmir preparatlarla təmin olunacaq
ABŞ səfiri Rusiya XİN-ə çağırıldı
Energetika naziri ictimai şuranın üzvləri ilə görüşüb (FOTO)
Azərbaycan və Qırğızıstan parlament rəhbərləri ölkələrarası əlaqələri müzakirə ediblər (FOTO)
Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların SAYI açıqlanıb
Bütün xəbərlər