...

MSK DSK-nın qərarını qüvvədə saxladı

Siyasət Materials 22 Fevral 2020 18:09 (UTC +04:00)

Bakı. Elçin Mehdiyev - Trend:

Mərkəzi Seçki Komissiyasının (MSK) bugünkü iclasında fevralın 9-da Milli Məclisə keçirilən seçkilərlə əlaqədar 68 saylı Cəlilabad kənd seçki dairəsi ilə bağlı müraciətə baxılıb.

Trend-in məlumatına görə, iclasda bildirilib ki, müraciətdə həmin dairə üzrə bir sıra seçki məntəqələrində seçki prosesinin pozulduğu qeyd edilib.

MSK üzvü Tofiq Həsənov bildirib ki, araşdırmalar zamanı həmin dairə üzrə baş verildiyi iddia edilən pozuntu halları əksini tapmayıb. O qeyd edib ki, müraciət təmin edilməlidir. Təklif səsə qoyularaq qəbul edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti