...

MSK daha bir məntəqədə seçkilərin nəticələrini ləğv edib

Siyasət Materials 25 Fevral 2020 17:02 (UTC +04:00)

Bakı. Elçin Mehdiyev - Trend:

Mərkəzi Seçki Komissiyasının (MSK) bugünkü iclasında fevralın 9-da Milli Məclisə keçirilən seçkilərlə əlaqədar 27 saylı Sabunçu ikinci seçki dairəsi ilə bağlı daxil olan şikayətə baxılıb.

Trend-in məlumatına görə, həmin dairədən deputatlığa namizəd Gülməmməd Abdullazadə MSK-ya müraciət edərək dairədə seçkilər zamanı qanun pozuntularına yol verildiyini bildirib.

MSK üzvü Qabil Orucov bildirib ki, MSK tərəfindən aparılan geniş araşdırma zamanı iddia edilən pozuntular yalnız 34 saylı seçki məntəqəsində öz təsdiqini tapıb. Q.Orucov həmin seçki məntəqəsi üzrə səsvermənin nəticələrinin ləğv edilməsini təklif edib. Təklif səsə qoyularaq qəbul edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti