...

Azərbaycan və Ukrayna arasında əməkdaşlıq haqqında Memorandum təsdiq edilib

Siyasət Materials 12 Mart 2020 13:47 (UTC +04:00)
Prezident İlham Əliyev Azərbaycan Respublikasının Energetika Nazirliyi ilə Ukraynanın Energetika və Ətraf Mühitin Mühafizəsi Nazirliyi arasında əməkdaşlıq haqqında Memorandumun təsdiq edilməsi barədə fərman imzalayıb
Azərbaycan və Ukrayna arasında əməkdaşlıq haqqında Memorandum təsdiq edilib

Trend-i buradan izləyin

Bakı. Trend:

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Energetika Nazirliyi ilə Ukraynanın Energetika və Ətraf Mühitin Mühafizəsi Nazirliyi arasında əməkdaşlıq haqqında Memorandumun təsdiq edilməsi barədə fərman imzalayıb.

Fərmanda qeyd edilir:

"Azərbaycan Respublikasının Energetika Nazirliyi ilə Ukraynanın Energetika və Ətraf Mühitin Mühafizəsi Nazirliyi arasında əməkdaşlıq haqqında 2020-ci il yanvarın 31-də Kiyev şəhərində imzalanmış Memorandum təsdiq edilsin.

Bu Fərmanın 1-ci hissəsində göstərilən Memorandum qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Energetika Nazirliyi onun müddəalarının həyata keçirilməsini təmin etsin.

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Memorandumun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Ukrayna Hökumətinə bildiriş göndərsin".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti