Bakı. Trend:
Birinci vitse-prezident Mehriban Əliyeva rəsmi İnstaqram səhifəsində Türkiyənin paytaxtı Ankarada yerləşən məşhur Atakule qülləsində Azərbaycan Respublikasının bayrağının işıqlandırılması ilə bağlı qardaş ölkəyə minnətdarlığını bildirib.
Trend-in məlumatına görə, minnətdarlıqla bağlı paylaşımda deyilir:
"Qardaş Türkiyəyə dərin minnətdarlığımı bildirirəm! Ölkələrimiz daim bir-birinin yanındadır – həm sevincli günlərdə, həm çətin sınaq günlərində. Bizim birliyimiz, bizim gücümüz bundadır! Xalqlarımıza möhkəm cansağlığı, ölkələrimizə sülh və əmin-amanlıq arzulayıram! Qoy Uca Tanrı dünyamızı qorusun!"