...

Azərbaycanın Gürcüstandakı səfirliyi regiona humanitar yardım çatdırıb

Siyasət Materials 29 Aprel 2020 17:30 (UTC +04:00)
Azərbaycanın Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Dursun Həsənov Kaxeti regionuna səfəri zamanı vilayət administrasiyasına 200 ərzaq paketi təhvil verib
Azərbaycanın Gürcüstandakı səfirliyi regiona humanitar yardım çatdırıb

Bakı. Tamilla Məmmədova - Trend:

Azərbaycanın Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Dursun Həsənov Kaxeti regionuna səfəri zamanı vilayət administrasiyasına 200 ərzaq paketi təhvil verib.

Trend-in məlumatına görə, həmin paketlər Kaxetinin sosial həssas ailələrinə veriləcək.

Səfiri qəbul edən qubernator İrakli Kadagişvili bu addımına görə D.Həsənova, Azərbaycan xalqına və Azərbaycan Biznes Assosiasiyasına təşəkkürünü bildirib.

Qeyd edək ki, aprelin 9-da Azərbaycanın Gürcüstandakı səfirliyi Marneuliyə, aprelin 10-da Bolnisiyə, aprelin 11-də də Rustavi və Qardabaniyə humanitar yardım çatdırmışdı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti