...

Bir sıra konsul əməliyyatları üçün dövlət rüsumu azaldılır

Siyasət Materials 1 May 2020 15:30 (UTC +04:00)
Azərbaycan Respublikasında və ya Azərbaycan Respublikasının xarici ölkələrdəki diplomatik nümayəndəliklərində aparılan konsul əməliyyatları üçün dövlət rüsumunun dərəcələri azaldılır.
Bir sıra konsul əməliyyatları üçün dövlət rüsumu azaldılır

Bakı. Elçin Mehdiyev – Trend:

Azərbaycan Respublikasında və ya Azərbaycan Respublikasının xarici ölkələrdəki diplomatik nümayəndəliklərində aparılan konsul əməliyyatları üçün dövlət rüsumunun dərəcələri azaldılır.

Trend-in məlumatına görə, bununla bağlı məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilən “Dövlət rüsumu haqqında” qanuna təklif edilən dəyişiklikdə öz əksini tapıb.

Təklif edilən dəyişikliyə əsasən, ümumvətəndaş pasportların alınması məqsədilə sənədlərin səfirlikdə və ya konsulluqda tərtib edilib göndərilməsinə görə dövlət rüsumu 55 ABŞ dollarından 25 ABŞ dollarına, ölkəyə qayıtmaq üçün pasportu əvəz edən qayıdış şəhadətnaməsinin verilməsinə görə dövlət rüsumu 40 ABŞ dollarından 10 ABŞ dollarına, vətəndaşlığın bərpa edilməsi üçün vəsatətin rəsmiləşdirilməsinə görə dövlət rüsumu 150 ABŞ dollarından 60 ABŞ dollarına qədər azadılır. Digər rüsumlara görə də azalma nəzərdə tutulur.

Dəyişikliklər müzakirələrdən sonra səsverməyə qoyularaq II oxunuşda qəbul edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti