...

Müqəddəs Taxt-Tacın Ramazan ayı münasibətilə müraciətində Papa Fransiskin Heydər Məscidindəki çıxışından fikirlər yer alıb

Siyasət Materials 8 May 2020 17:35 (UTC +04:00)
Müqəddəs Taxt-Tacın Ramazan ayı münasibətilə müraciətində Papa Fransiskin Heydər Məscidindəki çıxışından fikirlər yer alıb

Trend-i buradan izləyin

Bakı. Trend:

Müqəddəs Taxt-Tacın rəsmi internet səhifəsində Dinlərarası Dialoq üzrə Pontifik Şurasının prezidenti Kardinal Miguel Angel Ayuso Guiksotun Ramazan ayı münasibətilə dünya müsəlmanlarına ünvanlanmış müraciəti yerləşdirilib.

Trend xəbər verir ki, ingilis, fransız, italyan və ərəb dillərində dərc olunmuş müraciətdə Roma Papası Fransiskin 2016-cı il oktyabrın 2-də Bakıya səfəri zamanı Heydər Məscidini ziyarət edərkən etdiyi çıxışa aşağıdakı istinad yer alır:

“Bu baxımdan, Roma Papası Fransiskin 2016-cı il oktyabrın 2-də Bakıdakı Heydər məscidini ziyarət edərkən söylədiklərini xatırlatmağa dəyər: “Bu dua yerində qardaşlıq, dostluq şəraitində keçirilən görüşümüz dinlərin məsuliyyət hissi ilə davranan insanlar arasındakı münasibətlərə, onların xoş məramına əsaslanaraq birlikdə qura biləcəyi harmoniyaya güclü bir işarədir”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti